Şirvan Milli Parkında çöl tədris təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiyas ixtisası magistr tələbələri “Çöl tədqiqatları” fənnindən Fiziki Coğrafiya kafedrasının dosenti Tahirə Qəhrəmanovanın rəhbərliyi ilə Şirvan Milli Parkında çöl tədris təcrübəsində olublar. Cənub-Şərqi Şirvan düzündə yerləşən maraqlı bir qoruq əsasında yaranan milli parkın ərazisində -26 metr mütləq hündürlüyündə yerləşən bu məkan çox zəngin bitki növünə və heyvanat aləminə sahibdir. Ovalığın qrunt sularının səthə yaxın yerləşməsi duzlu və korbanat ilə zəngindir. Süxurları təşkil edən montmoniralint gillərdir. Bu da səthdə duzların toplanmasına səbəb olur. Bitki örtüyüdə şəraitə uyğun formalaşmışdır. Burada əsasən, şoran otlar və şoran kolluklar yayılmışdır. Otların müxtəlifliyi canlılar üçün də bir mühit yaratmışdır. Məqsədimiz relyefin, canlı aləmin, yəni bitki və torpaq örtüyünün, heyvanlar aləminin şəraitə uyğun olaraq təhlil etmək idi. Ərazi hüdudlarında həmçinin, kanal şəbəkəsi də mövcuddur. Bu kanal ərazini şirin su ilə təmin edir.
Tədqiqat zamanı tələbələr ərazi üzrə ot bitkilərinin yerləşmə sıxlığını təyin etdilər. 1 m2 sahədə bitkilərin sıxlığı 50-dir. Köklərin uzunluğunu və onları inkişafını ölçərək mərkəzi kökün uzunluğunu 5,5-10,5 sm arasında müəyyən etdilə. Əsas xırda qidalanma köklərinin çox az olduğunu təyin etdilər. Ot bitkilərinin böyük bir qismini sukkulentlər təşkil edir. Milli Park daxilində bir sıra heyvanların ayaq izlərinə rast gəlindi. Nəticə olaraq ləpirlərə görə daha çox canavarların çoxluğu müşahidə edildi. Canavarlarla yanaşı ərazidə ceyranlara da rast gəlindi. Say etibarilə ceyranlar çoxluq təşkil edird və bələdçinin qeyd etdiyinə görə milli parkda təqribən 8000-ə yaxın ceyran yaşamaqdadır. Milli parkın ərazisində süni göl yaradılmışdır. “Flamingo gölü” adlanan bu göl burada yaşayan heyvanaların su tələbatını ödəyir. Burada həmçinin flamingoya da rast gəlinməkdədir.