Həmkarlar İttifaqı Komitəsi

Bakı Dövlət Unveristeti Coğrafiya fakültəsinin Həmkarlar İttifaqı Komitəsi 1943 cü ildən fəaliyyət göstərir. Həmkarlar İttifaqı Komitəsinə müxtəlif illərdə dosent Ramiz Abdullayev, dosent Elxan Nuriyev rəhbərlik ediblər. Coğrafiya fakültəsi Həmkarlar Komitəsi üzvlərinin sayı 80 yaxındır. HİT-ın İdarə heyətinə 8 nəfər daxildir. 2009- cu ildən Fakültə həmkarlar ittifaqı komitəsinə dosent Ələkbər Həsənəliyev rəhbərlik edir.

Fakültə HİK-in çoxşaxəli fəaliyyətinə əməkdaşlar üçün ictimai iaşənin keyfiyyətli və sərfəli qiymətlərlə təminatı,əmək hüquqlarının müdafiəsi, əmək intizamının möhkəmləndirilməsi, diqqət və qayğı göstərilməsi,onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkili kimi vəzifələr də daxildir. HİK, həmçinin əməyin mühafizəsinə dair norma və qaydaların tələblərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinə əməl edilməsini də diqqət və nəzarətdə saxlayır.

HİK əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərini müdafiə etməklə yanaşı, həmçinin Bakı Dövlət Unveristetinin Coğrafiya fakültəsinin ictimai həyatında da feal iştirak edir. Mədəni-kütləvi  tədbirlər, yubiley mərasimləri, iməciliklər, ekskursiyalar, müsabiqə və turnirlər təşkil edir. HİK əmək prosesində işçilərin ümumi mənafeyini  qorumaqla yanaşı, öz üzvlərinin həyat və əmək şəraitinin  yaxşılaşdırlması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəsində və kənarda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində də yaxından  iştirak edir. Təşkilatın qarşısında duran  mühüm vəzifələrdən biri də fakültənin əməkdaşlarının ictimai həyata, təsərrufat fəaliyyətinə cəlb olunması, təlim-tərbiyə və təhsil prosesində onların potensialından geniş istifadə edilməsdir

İdarə Heyətinin üzvləri:

  1. Qəribova İlhamə
  2. İsmayılova Aygün
  3. Sultanova Gülşən
  4. Əliyeva Nuranə
  5. İsmayılova Ülviyyə
  6. Quliyeva Aytən
  7. Məmmədov Qoşqar
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət