Coğrafiya fakültəsi yarandığı vaxtdan dünyanın qabaqcıl elm mərkəzləri ilə elmi əlaqələr qurmuş və bu əlaqələr Novosibirsk Geosistem və Texnologiya Universiteti, Lvov Politexnik Universiteti, Minsk Texniki Universiteti, Wroslav Universiteti (Polşa), Ryeston Universiteti (Canada), Melburn University (Australia), Tbilisi Texniki Universiteti ilə uğurla davam etdirilir. Fakültənin alimlərinin Almaniya, Hollandiya, Avstraliya, Rusiya, Türkiyə ölkələrin aparıcı elm mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələri vardır.
Erasmus+ mübadilə proqramı çərçivəsində Berlin Texniki Universiteti ilə birgə «Sahilyanı ərazilərdə İqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması» adlı layihə təsdiq olunmuşdur və icrası həyata keçirilməkdədir.