Hazırda coğrafiya fakültəsinin bakalavr pilləsində 1677 tələbə təhsil alır (bunlardan 1407 nəfər əyani, 133 nəfər qiyabi şöbədə oxuyur).
Coğrafiya fakültəsinin professor-müəllim heyəti mühüm elmi tədqiqatlarla yanaşı, tələbələri proqram, dərs vəsaiti, tədris xəritələri və digər əyani vəsaitlərlə təmin etmək üçün mütəmadi olaraq çalışırlar.
Bakalavr pilləsində aşağıdaki ixtisaslar üzrə kadrlar hazırlanır:
1.Coğrafiya
2.Coğrafiya müəllimliyi
3.Hidrometeorologiya
4.Geodeziya və xəritəçilik mühəndisliyi
5.Turizm və otelçilik
6. Davamlı inkişafın idarə edilməsi
Coğrafiya ixtisasında kənd təsərrüfatı, nəqliiyat, coğrafiya və difgər istehsalat sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Coğrafiya müəllimliyi ixtisasını bitirən tələbələr coğrafiya müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta ümumtəhsil məktəblərində, liseylərində coğrafiya müəllimi kimi coğrafiya fənnini yüksək səviyyədə tədris edə bilərlər.
Hidrometeorologiya ixtisasında meliorasiya, su təchizatı, su təminatı, iqlim dəyişmələri, Xəzər dənizi üzrə və digər sahələr üçün yüksək ixtisaslı hidroloq, iqlimşünas, okeonoloq və su ehtiyatlarının inteqrasiyalı idarə olunması üzrə mütəxəssislərin hazırlığı aparılır.
Geodeziya və xəritəçilik mühəndisliyi şəhərsalma, əmlak komitəsi, tikinti sənayesi, məsafədən zondlama və istehsalatın müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Turizm və otelçilik ixtisasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və digər sosial və servis xidmətləri göstərən müəssisələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Davamlı inkişafın idarə edilməsi istehsalatın müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.