"BDU Könüllüləri” təşkilatı 2019-cu ildən fəaliyyət göstərir. Hazırda təşkilat özündə 1500-ə yaxın könüllü tələbəni birləşdirir.
Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial layihələrin, mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.
Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərir. Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübələr əldə edirlər.
Bugünə qədər “BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə müxtəlif səpkili 250-dən çox tədbir keçirilib. Hal-hazırda “BDU Könüllüləri” təşkilatının 60 könüllüsü Universitetin müxtəlif struktu bölmələrində minimum 3 ay olmaqla aktiv fəaliyyət göstərirlər.
Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Bunun bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada 450-dən artıq BDU könüllüsü iştirak edib.
"BDU Könüllüləri" təşkilatı könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.
BDU-da könüllülk hərəkatının daha da genişləndirilməsi, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 27 oktyabr tarixli iclasında könüllük proqramı və BDU-da könüllülük fəaliyyəti qaydaları təsdiq edilməklə “BDU könüllüləri” təşkilatına rəsmi status verilib.
"BDU Könüllüləri" təşkilatının Coğrafiya fakültəsinin vəzifələri aşağıdakı kimidir:
- Fakültədə mədəni-kütləvi tədbirlərin keçirilməsi
- Fakültədə keçirilən müxtəlif konfranslarda könüllü dəstəyinin təmin olunması
- Fakültədə asudə vaxtın səmərəli təşkili istiqamətində görüşlərin keçirilməsi
- Tələbələrin maraq və meyillərinin öyrənilməsi, fikir və layihələrinin həyata keçirilməsi
- Tələbələrin müxtəlif sahələrdə bacarıqlarının üzə çıxarılması və inkişafı istiqamətində işlərin görülməsi
- Fakültədə tələbələrin könüllü fəaliyyətinin təşviqi və təbliği
- Fakültədə könüllü hərəkatının genişləndirilməsi
- Təşkilatda həyata keçirilən layihələr haqqında fakültənin məlumatlandırılması
"BDU Könüllüləri" təşkilatının idarə heyətində olan Coğrafiya fakültəsi tələbələri:
"BDU Könüllüləri" təşkilatının sədr müavini: Nurqələm Hüseynov Rəfail
"BDU Könüllüləri" təşkilatının sədr müavini: Ləman Lazımzadə Kərim
"BDU Könüllüləri" təşkilatının "Təcrübə könüllüləri ilə iş" departamentinin sədri: Aysu Dadaşlı Rahim
"BDU Könüllüləri" təşkilatının Coğrafiya fakültəsi üzrə sədri: Varis Əhmədli Yalçın
"BDU Könüllüləri" təşkilatının Coğrafiya fakültəsinin idarə heyəti:
Əli Fətəliyev Saleh - Sədr müavini
Nicat Ələkbərov Cavad - Könüllülərlə iş üzrə məsul şəxs
Nərmin Əliyeva Samir - Layihələrlə iş üzrə məsul şəxs
Güllü Mehdizadə Məhəmməd - Təcrübə könüllüləri ilə iş üzrə məsul şəxs
Nərmin Cəlilova Səməd - İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs
Səbinə Umarova Mahir - Sənədlərlə iş üzrə məsul şəxs
Ümid Bilalov Xaqani - İdarə heyəti üzvü
Sona Nəsirova Rafil - İdarə heyəti üzvü
Xanım Kərimova Kamil - İdarə heyəti üzvü
Nəzrin Muradova İlkin - İdarə heyəti üzvü