Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Elm və təhsil sahəsində beynəlmilələşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da kimya fakültəsində beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.
Coğrafiya fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir. Coğrafiya fakültəsinin beynəlxalq əməkdaşlıq xəttində dünyanın aparıcı dövlətlərinin (Türkiyə, ABŞ, Rusiya Federasiyası, Almaniya, Polşa, Ukrayna, İran və s.) ali məktəbləri ilə sıx əməkdaşlıq siyasəti durur.
Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems") - GEOCLIC adlı layihədə (619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP) tərəfdaş kimi iştirak edir. 2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulan layihə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə baş tutacaq.
Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland Krallığının universitetləri tərəfdaş kimi iştirak edir.
GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir.
Erasmus+ mübadilə proqramı çərçivəsində Berlin Texniki Universiteti ilə birgə «Sahil yanı ərazilərdə İqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması» adlı layihə təsdiq olunmuşdur və icrası gözlənilir. Layihə çərçivəsində həmçinin potensialın gücləndirilməsi üçün müvafiq müəllimlərin təlimlərə cəlb olunması və yeni avadanlıqların alınması planlaşdırılır.