Azərbaycan Dövlət Universitetində 1943-cü ildə geologiya ixtisasına, 1944-cü ildə isə coğrafiya ixtisasına ilk tələbə qəbulu aparıldıqdan sonra bu ixtisasları birləşdirən Geologiya-coğrafiya fakültəsi yaradılıb. 1944-1948-cı illərdə fakültədə coğrafi fənlərin tədris olunduğu yalnız bir kafedra - Coğrafiya kafedrası mövcud olub. Həmin kafedra 1948-ci ildə Fiziki coğrafiya və İqtisadi coğrafiya kafedralarına ayrılmış, 1961-ci ildə isə İqtisadi coğrafiya kafedrasının bazasında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) iqtisadi coğrafiyası və Xarici ölkələrin iqtisadi coğrafiyası kafedraları yaradılmışdır. XX əsrin 70-ci illərində bir sıra nazirlik və komitələrin, eləcə də Azərbaycan Elmlər Akademiyası institutlarının coğrafiyanın yeni istiqamətləri üzrə kadrlara olan tələbatını ödəmək məqsədi ilə həmin mütəxəssislərin hazırlığını həyata keçirən yeni kafedraların açılmasına ehtiyac yaranmışdı. Bu məqsədlə Fiziki coğrafiya kafedrasının ayrı-ayrı istiqamətləri üzrə üç müstəqil kafedra: Geodeziya və kartoqrafiya (1972), Hidrometeorologiya (1973), Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə (1980) kafedraları yaradıldı. 2007-ci ildə isə Coğrafiya fakültəsində yeni bir kafedra da– Azərbaycan coğrafiyası kafedrası fəaliyyətə başladı. 2014-cü ildə onun adı dəyişdirilərək Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası adlandırılıb. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası 2011-ci ildən yeni yaradılmış Ekologiya və torpaqşünaslıq fakültəsinin tərkibinə daxil edilib.
Geologiya-coğrafiya fakültəsinin ilk dekanı Azərbaycanın görkəmli geoloqu prof. Əziz Həmzə oğlu Əsgərov (1944-1948) olmuşdur. Sonrakı illərdə məşhur pedaqoq Abdulla Abbas oğlu Şahbazov (1948-1952), prof. Səttar Mütəllim oğlu Süleymanov (1952-1963), prof. Ramiz Həsən oğlu Sultanov (1963-1965), dos. Mürsəl Məmmədhəsən oğlu Həsənov (1965-1967), prof. Rizvan Xanəmi oğlu Piriyev (1967-1972), AMEA-nın müxbir üzvü Vasif Məmməd Ağa oğlu Babazadə (1972-1980), AMEA-nın müxbir üzvü Qədir Məmməd oğlu Sultanov (1980-1984), prof. Tofiq Surxay oğlu Şahsuvarov (1984-1991) fakültə dekanı vəzifəsində çalışmışlar.
1991-ci ildə Geologiya-coğrafiya fakültəsi iki müstəqil Geologiya və Coğrafiya fakültələrinə ayrılıb. Müstəqil Coğrafiya fakültəsinin ilk dekanı vəzifəsinə dos. Vüsət Əmir oğlu Əfəndiyev seçilmişdir (1991-2000). 2000-2011-ci illərdə prof. Müseyib Ağababa oğlu Müseyibov, 2011-2016-cı illərdə prof. Fərda Əli oğlu İmanov, 2017-2022-ci illərdə dos. Şəkər İnayət qızı Məmmədova, 2022-ci ildən isə Coğrafiya fakültəsinin dekanı vəzifəsində prof. Məqsəd Hüseyn oğlu Qocamanov çalışır.
Azərbaycanda coğrafiya elminin inkişafında Coğrafiya fakültəsi əməkdaşlarının əvəzsiz xidmətləri olmuşdur.1940-cı illərin ikinci yarısından etibarən Azərbaycan alimlərindən Qasım Kazım oğlu Gül Xəzər problemləri, Nurəddin Kərəm oğlu Kərəmov Böyük Qafqazın fiziki coğrafiyası və landşaftları, Əbdürrəhim Məmmədiyyə oğlu Hacızadə Azərbaycanın iqtisadi coğrafi rayonları sahəsində sanballı tədqiqatlar aparmış və dissertasiya işləri müdafiə etmişlər. 1950-ci illərin əvvəllərində coğrafiya ixtisası üzrə fakültənin məzunlarından M.A.Müseyibov, M.M.Həsənov, Ş.B.Kərimov və R.X.Piriyev namizədlik dissertasiyaları, 1967-1972-ci illərdə isə B.A.Antonov, M.A.Müseyibov, B.A.Budaqov, N.S.Şirinov, Ə.M.Hacızadə, R.X.Piriyev doktorluq dissertasiyaları müdafiə etmiş və fakültənin yüksək ixtisaslı kadr potensialı tədricən möhkəmlənmişdir.
Son illərdə fakültədə «İqtisadi-coğrafi rayonlaşdırma», «Azərbaycanda qəsəbə», «Hidrometeorlogiyada statistik metodlar», «Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması», «Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması», «Otelçilik fəaliyyətinin əsasları», «Regional iqtisadi coğrafiya», «Ekoloji kartoqrafiya» və s. dəyərli əsərlər çap olunmuşdur.
Azərbaycanın ali və ümumtəhsil məktəblərində coğrafiya müəllimlərinə artan tələbatın ödənilməsində və yüksəkixtisaslı kadr hazırlığında fakültənin professor-müəllim heyətinin xidmətləri böyükdür.
Fakültənin Altı-Ağac və Quba Tədris-təcrübə bazaları tələbələrin tədris təcrübələrini müasir tələblərə uyğun təşkil etmək imkanı verir.
Universitetin həyətində yaradılmış meteoroloji müşahidə stansiyasında quraşdırılmış Avtomatik meteoroloji stansiya hidrometeorologiya ixtisası üzrə təhsil alan tələbələrin praktiki dərsləri və tədris- təcrübə dərslərinin təşkilində baza rolunu oynayır.
Coğrafiya fakültəsinin professor-müəllim heyətinin böyük əksəriyyətini fakültənin məzunları təşkil edir. Fakültədə həmçinin Moskva, Sankt-Peterburq, Kiyev universitetlərinin, Azərbaycanın digər ali təhsil məktəblərinin məzunları da çalışırlar.
Hal-Hazırda fakültədə 8 elmlər doktoru-professor, 17 fəlsəfə doktoru-dosent, 6 baş müəllim və 25 müəllim çalışır.
Fakültədə dərs yükünün yerinə yetirilməsində fakültənin professor-müəllim heyəti ilə yanaşı, AR Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və digər nazirliklərin elm və təhsil institutlarından dəvət edilən 96 mütəxəssis iştirak edir.
Fakültədə bakalavriatura və magistratura pillələrində tədrisin təşkilində dekan müavinləri Qoşqar Məmmədov, Eltac Cəbiyev, metodist Nərgiz Məmmədova, tyutorlar Vüsalə Əkbərli, Həmidə Babayeva, Nazlı Quluzadə, İsmayıl Rəhimli yaxından iştirak edirlər.
Hal-Hazırda fakültədə 6 kafedra fəaliyyət göstərir.
Fiziki coğrafiya kafedrası 1948-ci ildə 1944-cü ildən fəaliyyət göstərən Ümumi coğrafiya kafedrasının bazasında yaradılmış və prof. Nurəddin Kərəm oğlu Kərəmov onun ilk kafedra müdiri olmuşdur. Yaradıldığı ilk illərdə kafedrada akad. Şəfayət Fərhad oğlu Mehdiyev (ümumi geologiya), g.m.e.d. Məmməd Əmin Salayev (torpaqşünaslıq), AMEA-nın müxbir üzvü Heydər Xəlil oğlu Əfəndiyev (mineralogiya və kristalloqrafiya), prof. Əziz Həmzə oğlu Əsgərov (tarixi geologiya), prof. Məmməd Hüseyn oğlu Əliyev (geodeziya və kartoqrafiya), c.e.n. Saleh Hacı oğlu Rüstəmov (hidrologiya), c.e.n. Əliabbas Abbasqulu oğlu Mədətzadənin (iqlimşünaslıq), g.m.e.n. Rəsul Həmid oğlu Sultanov(geomorfologiya) və başqaları fənnlərin tədrisi ilə məşğul olmuşlar.
Fiziki coğrafiya kafedrasına 1952-1959-cu illərdə coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülən ilk azərbaycanlı alim, prof. Qasım Kazım oğlu Gül, sonra Müseyib Ağababa oğlu Müseyibov (1960-2011), c.e.d. Yaqub Əli oğlu Qəribov (2011-2022), 2023-cü ildən isə dos. Ramiz Mirağa oğlu Əhlimanov rəhbərlik edir.
Hal-hazırda Fiziki coğrafiya kafedrasında professor Yaqub Əli oğlu Qəribov, dosentlər – Şəkər İnayət qızı Məmmədova, Tahirə Məlikheydər qızı Qəhrəmanova, Asəf Şərbət oğlu Cərullayev, baş müəllimlər – Nəzifə Əli qızı Abasova, Əlipaşa Əlibəy oğlu Nəbiyev, müəllimlər – c.ü.f.d. Gülnarə Baratxan qızı Əhmədova, Rəşad Rahib oğlu Sədullayev, 0,5 ştat müəllim, c.ü.f.d. Ləman Həsən qızı Həsənəliyeva, 0,5 ştat müəllim/0,5 ştat baş laborant Aygün Azər qızı İsmayılova çalışır.
İqtisadi və sosial coğrafiya kafedrası 1961-ci ildən fəaliyyət göstərən SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının bazasında yaradılıb. Onun ilk müdiri prof. Əbdürəhim.Hacızadə olmuşdur. (1989-1991)–ci illərdə prof. Neron Aslan oğlu Babaxanov, (1991-2019)-cu illərdə prof. Tapdıq Güləhməd oğlu Həsənov, 2019-cu ildən isə Çingiz Niyazi oğlu İsmayılov rəhərlik edir. Yarandığı ilk illərdə kafedrada dos. Ə.M.Hacızadə, dos. İ.S.Osmanov, dos. K.P.Hüseynova, baş müəllim B.N.Mixels, baş müəllim M.H.Salehli, dos. O.A.Vahabov, A.Ə.Qəmbərov, c.e.n., baş müəllim N.N.Allahverdiyev, B.M.Əsgərov, Ş.Y.Göyçaylı, N.A.Babaxanov, 1970-ci ildən dosentlər: T.G.Həsənov, Ş.Q.Dəmirqayayev, C.R.Abbasov çalışmışlar.
Hal-hazırda kafedrada dosent Sahilə Əbiş qızı Allahverdiyeva, müəllimlər – i.e.n. Maqsud Rüstəm oğlu Babayev, c.ü.f.d. Nətavan Ramiz qızı Cəfərova, Polad Şəmistan oğlu Orucov, 0,5 ştat müəllimlər - Nuranə Vahid qızı Əliyeva, Nuranə Ramiz qızı Əfəndiyeva elmi-pedaqoji fəaliyətlə məşğuldurlar.
Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası 2005-ci ildən bu adla fəaliyyətini davam etdirsə də, 1961-ci ildə Xarici ölkələrin iqtisadi coğrafiyası kafedrası adı ilə tanınmışdır. (1961-1980)-ci illərdə kafedraya professor Hadı Bədəl oğlu Əliyev rəhbərlik etmiş, sonra dos. Aydın İsmayıl oğlu İbrahimov (1980-1989), prof. Cabir Ağəli oğlu Məmmədov (1989-1992), dos. Gülsabah Abdul qızı Hacıyeva (1992-1996), dos. Həbibə Bayraməliqızı Soltanova (1996-2022), 2022-ci ildən isə yenidən prof. Aydın İsmayıl oğlu İbrahimov kafedra müdiri vəzifəsini icra edir.
2001-ci ildən kafedrada Turizm və sosial-mədəni servis xidməti (2005-ci ildən Turizm və otelçilik, 2020-ci ildən Turizm işinin təşkili) ixtisası üzrə mütəxəssis hazırlanır. Magistratura pilləsində 1997-ci ildən Turizm və Ölkəşünaslıq, Dünyanın iqtisadi və sosial coğrafiyası, Turizm işi ixtisaslaşmaları üzrə magistr hazırlığı aparıllr.
Hal-hazırda kafedrada dosentlər – Elxan Balahəsən oğlu Nuriyev, İradə İsgəndər qızı Əhmədova, Rəna İbrahim qızı Umudova, Gülnarə Cümşüd qızı Cəfərova; baş müəllimlər – Gülşən Abdul qızı Sultanova, c.e.n. Vüqar Səttar oğlu Dərgahov, müəllimlər - c.ü.f.d. Səkinə Məşədi Ağa qızı Zülfüqarova, c.ü.f.d. Səbuhi Əlibala oğlu Talıbov, Günel Vahid qızı Vəliyeva , Eltac Zakir oğlu Cəbiyev, Nərgiz Üzeyir qızı Çəndirli və laborant Reyhan Cəlil qızı Sadun çalışırlar.
Hidrometeorologiya kafedrası 1973-cü ildə Fiziki coğrafiya kafedrasından bir ayrı istiqamət kimi yaradılıb. Kafedraya 1973-1990-cı illərdə prof. Nəriman Adil oğlu Vəliyev, prof. Maqbet Ədil oğlu Məmmədov (1990-2004), prof. Fərda Əli oğlu İmanov (2004-2022), dos. İmran Məmmədəli oğlu Abdullayev (2022-2024), 2024-cü ildən isə dos. İradə Sabir qızı Əliyeva rəhbərlik edir.
Hidrometeorologiya kafedrasında bakalavriat pilləsində Hidrometeorologiya ixtisası, magistratura pilləsində isə Hidrologiya, İqlimşünaslıq və Fiziki okeanoqrafiya ixtisaslaşmaları üzrə mütəxəssis hazırlanır.
Hal-hazırda kafedrada professorlar – Fərda Əli oğlu İmanov, Əsgər Səməd oğlu Məmmədov; dosentlər – İradə Sabir qızı Əliyeva, Ələkbər Əliş oğlu Həsənəliyev, müəllimlər - c.ü.f.d. Aytən Ağarəhim qızı Quliyeva, c.ü.f.d. Nailə İmran qızı Həsənova, Aytən Rüfət qızı Məhərrəmova, Anar Ataxan oğlu Nuriyev və baş laborant – Məlahət Musa qızı Məhərrəmova çalışırlar.
Geodeziya və kartoqrafiya kafedrası 1972-ci ildə yaradılmış və prof. Rizvan Xanəmi oğlu Piriyev həmin kafedranın ilk müdiri vəzifəsinə seçilmişdir.
1988-2011-ci illərdə kafedraya dos. Rafiq Əliheydər oğlu Babayev, 2011-2023 - cü illərdə professor Məqsəd Hüseyn oğlu Qocamanov, 2023-cü ildən isə dosent Əfqan Talıb oğlu Talıbov rəhbərlik edir.
Kafedrada ölkə ərazisində geodeziya-kartoqrafiya təminatı sisteminin yaradılması, topoqrafik cəhətdən öyrənilməsi və Yerin fiziki səthinin xəritələşdirilməsi sahəsində çalışa biləcək mütəxəssis-kadrların bakalavriatura pilləsində (050612-Geomatika və geodeziya mühəndisliyi (əvvəlki adı Geodeziya və xəritəşilik mühəndisliyi)) və magistratura pilləsində üç ixtisaslaşma üzrə (060640-Tətbiqi geodeziya, Xəritəçilik, Geomatika) hazırlığı həyata keçirilir.
Hal-hazırda Geodeziya və kartoqrafiya kafedrasında prof Məqsəd Hüseyn oğlu Qocamanov, dosentlər – Ramiz Mirağa oğlu Əhlimanov, Mehman Möhübbət oğlu Mehbalıyev; baş müəllim Mübariz Kazım oğlu Orucov, müəllimlər – İrina İvanovna Verpatova, Əhməd Sərhad oğlu Həsənov, İlhamə Əhməd qızı Qəribova, baş laborant Günel İsmayıl qızı Həsənzadə, laborant Leylan Qurban qızı Hüseynli çalışırlar.
Azərbaycan coğrafiyası və tədrisi metodikası kafedrası Coğrafiya fakültəsinin strukturuna daxil olan ən gənc kafedradır. 2007-2018 - ci illərdə kafedraya prof. Vüsət Əmir oğlu Əfəndiyev, prof. Çingiz Niyazi oğlu İsmayılov (2018-2020), 2020-ci ildən isə dos.Saleh Qasım oğlu Nağıyev rəhbərlik edir.
Kafedrada dosentlər – Çingiz Saleh oğlu Qələndərov, Nərminə Səftər qızı Seyfullayeva, Ülviyyə Tapdıq qızı İsmayilova, müəllimlər - Qoşqar Vətən oğlu Məmmədov, c.ü.f.d. Firəngiz Eyyub qızı Qasımova, c.ü.f.d. Nigar Sabit qızı İsmayılova, p.ü.f.d. Xanım Hüseyn qızı Qədimova, Elvira Həsən qızı Hüseynova çalışırlar.