Tələbə Gənclər Təşkilatı

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.
Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
•   Tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;
•   Tələbələrin problemlərinin həlli istiqamətində işin   həyata keçirilməsi;
•   Tələbələr arasında maarifləndirmə işinin aparılması;
•   Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

• Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
• Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
• Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
• Tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
• Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
• Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması.

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri: Zəhra Yusubova Faiq qızı

Sədrin müavinləri:
Fəaliyyətin təşkili üzrə müavin: Xəyal Səlimov Hilal oğlu

Layihələrin təşkili üzrə müavin: Ayan Səlimzadə Mirsəməd qızı

Sənədlərlə iş üzrə müavin: Kənan Dostumaliyev Vidadi oğlu

İdarə heyəti:

  1. Səma Xudai 
  2. Fərid Əliyev 
  3. Xədicə Quliyeva 
  4. Jalə Abdullayeva 
  5. Rəhiməxanım Kərimova 
  6. Ləman Novruzova 
  7. Minarə Əhmədli 
  8. Çinarə Şabanova 
  9. Səbinə İsrafilova
  10. Fidan Axundova 
  11. Sənəm Əmrahlı
  12. Sevil Əliyeva 
  13. Riad Qubatov 
  14. Nurgül Əliyeva 
  15. Aysun Hüseynova 
  16. Nəsrin Novruzova
  17. Məhəmməd Allahverdili 
  18. Nərmin Hacızadə 
  19. Ceylan Məmmədli 
  20. Rəna Əsədova 
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət