Tələbə Elmi Cəmiyyəti

BDU-da tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtlarının səmərəli keçməsini təşkil etmək üçün bir sıra tələbə təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlardan biri də Tələbə Elmi Cəmiyyətidir. Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.

BDU-nun Coğrafiya fakültəsində bakalavr pilləsində 1677 tələbə təhsil alır (bunlardan 1407 nəfər əyani, 133 nəfər qiyabi şöbədə oxuyur). Magistratura pilləsində 137 nəfər, doktoranturada isə 15 nəfər dissertasiya işləri üzərində çalışır.

Fakültə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə aşağıdakılar daxildir:

  • Tələbələrin elmi fəaliyyət marağının artması ilə bağlı müxtəlif tədbir və elmi seminarların keçirilməsi;
  • İntellektual oyunlar və fakültədaxili yarışların təşkili;
  • Respublika fənn olimpiadalarında və digər elmi müsabiqələrdə tələbələrin iştirakının təmin edilməsi;
  • Müxtəlif elmi və yaradıcılıq istiqamətlərində layihə təqdimatlarının keçirilməsi;
  • Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun müvafiq kafedralara istiqamətləndirilməsi;
  • Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmin edilməsi və məruzələrinin dinlənilməsi;
  • Respublika elmi konfranslarının keçirilməsi, ölkədaxili və xarici konfranslarda və digər elmi tədbirlərdə iştirak;
  • Konfransların təşkilində fakültələrarası və digər ali məktəblərlə əməkdaşlıq;
  • Konfrans materiallarının (topluların) nəşr edilməsi;
  • Tələbə Elmi Cəmiyyətinin bülleteni olan “Ekvatordan Qütblərə” jurnalının müntəzəm nəşr olunması;
  • Fəal tələbələrin mükafatlandırılması və tanıdılması;
  • Kitab layihələri üzərində çalışmalar və onların nəşr olunması;
  • Nəşr olunan materialların nüfuzlu elektron kitabxanalarda yerləşdirilməsi və əlçatanlığının təmin olunması.

Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün müvafiq kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 70 nəfərdən çox fəal üzvü var, onların bir çoxu müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.

TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.

TEC dekanlığa yaxından köməklik göstərir. Tələbə Elmi Cəmiyyətinin sədri fakültə Elmi Şurasının tamhüquqlu üzvüdür.

Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə elmi rəhbəri: dosent Əfqan Talıbov

Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:

  • Sədr – Bayramov İmran Azər oğlu
  • Sədr müavini – Paşazadə Aytən Mayılxan qızı
  • Sədr müavini – Mansurova Aydan Vəli qızı

Fakültə Tələbə Elmi Cəmiyyətinin şura üzvləri:

  1. Həsənli Nərmin Rizvan qızı
  2. Babaşlı Nuray Hamlet qızı
  3. Əsədzadə Fatimə İsmayıl qızı
  4. Aslanlı Gülər İlham qızı
  5. Əhmədova Simuzər Əhməd qızı
  6. Şıxıyeva Leyla Rahib qızı
  7. Əmirli Turan Namik qızı
  8. Paşayeva Sona Vüqar qızı
  9. Rəcəbli Nərmin Gündüz qızı
  10. Əmirova Gülçin Nizami qızı
  11. Quliyeva Şəbnəm Cəmil qızı
  12. Əzizov Vasif Asif oğlu
  • TEC sədrinin sosial və elmi fəallığın inkişaf etdirilməsi ilə bağlı birinci kurs tələbələri və yeni üzvlərlə görüşü keçirilib;
  • “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri mövzusunda Respublika Elmi-praktiki Konfransı”nda TEC üzvləri iştirak edib və TEC sədri İ. Bayramov “İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin rolu” məruzəsi ilə çıxış edib;
  • Tələbələrin elmi-tədqiqat işləri və nailiyyətlərinin tanıdılması məqsədi ilə TEC-in faklütədəki lövhəsində yerləşdirilib;
  • Fakültə tələbələrinin BDU-nun Heydər Əliyev muzeyinə ekskursiyası təşkil olunub;
  • TEC heyətinin ilin yekunu və gələcək fəaliyyət planını müzakirə məqsədli görüşü keçirilib;
  • TEC üzvləri "İqlim dəyişmələrinə uyğunlaşma" mövzusunda elmi seminarda iştirak edib;
  • TEC-in yeni əsasnamə ilə fəaliyyətə başlamasının 7-ci ildönümünün qeyd olunub;
  • TEC-in “Facebook” səhifəsi üzərindən tələbələrin tədqiqat işlərinin işığlandırılması və onların elmi araşdırmalara cəlb olunması məqsədi ilə “fotofakt” rubrikasına start verilib;
  • TEC heyətinin yaz semestri üzrə fəaliyyət planını və mövcud layihələrin gedişatını müzakirə, məzun və tələbə heyətinin fəaliyyəti qiymətləndirilməsi məqsədilə toplantısı keçirilib;
  • BDU-da Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının və Tələbə Elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə humanist pedaqogikaya dair “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı III elmi-pedaqoji seminar keçirilib və Coğrafiya fakültəsi III kurs tələbəsi N. Babaşlı “Əsl müəllim gələcəyin memarı və qurucusudur” məruzəsi ilə çıxış edib;
  • Respublika Konfransı barədə tələbələrin məlumatlandırılıb və konfransa məqalə qəbulu həyata keçirilib;
  • Coğrafiya fakültəsi TEC-in təşkilatçılığı ilə Elm gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin roluna həsr olunmuş “Azərbaycan Respublikasının iqtisadi rayonlarında davamlı inkişafın coğrafi problemləri mövzusunda Respublika Elmi Konfransı” keçirilib;
  • Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü, Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya və Geologiya fakültə Tələbə Elmi cəmiyyətlərinin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “İşğaldan azad olunmuş torpaqlarımızın təbii sərvətləri” adlı tədbirin keçirilib və Coğrafiya fakültəsinin III kurs tələbəsi Nərmin Rəcəblinin “Qarabağda turizm və turistlərin cəlb edilməsi” məruzəsi ilə təqdimatlı çıxış edib;
  • Respublika elmi konfransında fərqlənən məruzəçi və iştirakçılar təltif olunub;
  • TEC-in bülleteni olan “Ekvatordan Qütblərə” jurnalının təqdimat mərasimi keçirilib;
  • Tələbələrin biznes, sahibkarlıq və texnologiya layihələrinə marağının artması məqsədi ilə “From zero to CEO” layihəsinin təqdimatı baş tutub.

Kafedralar üzrə müəllimlərdən 6 dərnək rəhbəri təyin olunmuşdur:

  1. İqtisadi və sosial coğrafiya kafedrası – dosent Mətanət Musayeva
  2. Geodeziya və kartoqrafiya kafedrası – dosent Mehman Mehbaliyev
  3. 3.Azərbaycanın coğrafiyası və coğrafiyanın tədrisi kafedrası – dosent Ülviyyə İsmayılova
  4. Fiziki coğrafiya kafedrası – dosent Şəfiqə Hümbətova
  5. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası – dosent Vüqar Dərgahov
  6. Hidrometeorologiya kafedrası – Anar Nuriyev
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət