İnnovativ istiqamətlər üzrə qrant layihələrinin əldə edilməsi məqsədilə uzun illərdir Coğrafiya fakültəsinin əməkdaşları dünyanın aparıcı elm və təhsil mərkəzləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihələrində iştirak edir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq fakültə əməkdaşları aşağıdakı qrant layihələrinin iştirakçılarıdır.
Mövzu: Azərbaycanda pilot çay hövzələrində ekoloji axım qiymətləndirməsi üçün müasir metodologiyanın hazırlanması"
Donor: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Müddət: 2015-2016
Layihənin rəhbəri: İmanov Fərda
İcraçılar: Nuriyev Anar
Mövzu: “Azərbaycan ərazisində geodinamik və vulkanik aktivlik, gərginlik və deformasiya şəraitinin tədqiqi” (EİF-KETPL-2015-1(25))
Donor: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Müddət: Fevral 2017-fevral 2019
Layihənin rəhbəri: Səfərov Rafiq
İcraçılar: Prof. M.H.Qocamanov və AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geodinamik tədqiqatlar və kosmik geodeziya şöbəsinin əməkdaşları
Mövzu: “Şərqi Zəngəzur iqtisadi rayonunun işğaldan sonrakı vəziyyətiningeoinformatik qiymətləndirilməsi və bərpasına dair elektron infoqrafik bazanın yaradılması”(EİF/MQM/QA-1/2021-4(41) müsabiqəyə təqdim edilmişdir.
Donor: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Müddət: 2022-2023
Layihənin rəhbəri: Qocamanov Məqsəd
İcraçılar: Prof. M.H.Qocamanov və AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları
Mövzu: Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems") - GEOCLIC adlı layihədə (619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP)
Donor: Erasmus+
Müddət: 2021-2024
Layihənin rəhbəri: Aytən İmanova
İcraçılar: Əsgər Məmmədov, Anar Nuriyev, Natavan Cəfərova