Coğrafiya fakültəsinin “Azərsu” ASC, AMEA-nın Coğrafiya İnstitutu, Milli Hidrometeorologiya Xidməti ilə , ADPU, GDU, SDU,LDU ilə birgə tədqiqatlar aparılır. Buraxılış və dövlət imtahanlarına, yekun atistassiyaların keçirilməsinə köməlik göstərilir, doktorant və dissertantların elmi işlərinə rəhbərlik edilir. Təhsil Nazirliyinin Dövlət Akkreditasiya və Nortfikasiya komitəsi əməkdaşları ilə birgə ali məktəblərin və digər təhsil qrumlarının qiymətləndirilməsində iştirak edirlər.
Azərbaycan Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Agentliyi, Dövlət Neft Şirkəti, AMEA –nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun, Geologiya və Geofizika institutunun müxtəlif bölmələri xüsusilə də “Kartoqrafik informasiya və coğrafi adlar” bölməsi ilə sıx əməkdaşlıq edir.
Coğrafiya fakültəsi Azərbaycanda coğrafiyanın müxtəlif sahələri üzrə kadr hazırlığı işində böyük təcrübəyə malik bir qurumdur. Fakültənin strukturunda AMEA-nın akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində Elm və Tədris Mərkəzi (müqavilənin yenilləməsi gündəmdədir), ”Azərsu” Açıq Səhmdar Cəmiyyətində Hidrometeorologiya kafedrasının filialı fəaliyyət göstərir, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Ekvatordan qütblərə” elmi jurnal nəşr olunur ( jurnalın dövrü nəşri üçün dəstək lazımdır).
25 dekabr 2013-cü il tarixində BDU-nun rəhbərliyi ilə AMEA-nın akademik Həsən Əliyev adına Cografiya İnstitutu arasında “Təhsil, Elm və Təlim-Tədris sahəsində əməkdaşlığa dair memorandum” imzalanmışdır. Həmin memorandum əsasında Cografiya İnstitutunun nəzdində BDU-nun Cografiya fakultəsinin “Elm və Tədris Mərkəzi” yaradılmışdır. Təlim Mərkəzində əsasən tədris, istehsalat təcrübəsi və elmi-tədqiqat işləri yerinə yetirilir.
2014-cü il yanvar ayının 24-də BDU ilə “Azərsu” ASC arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” memorandum imzalanmışdır. Memorandum əsasında Bakı Dövlət Universitetinin Elmi Şurasının 01 fevral 2017-cü il tarixli 02 saylı və “Azərsu” ACS-nin “Sukanal” Elmi tədqiqat və Layihə İnstitutunun Elmi – texniki Şurasının 31 yanvar 2017-cü il tarixli 01 saylı iclaslarının qərarı ilə “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının filialı yaradılmış və filialın əsasnaməsi təsdiq edilmişdir. Filialın yaradılmasında əsas məqsəd təhsil, elm və İstehsalat əlaqələrinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, “Azərsu” ASC-nin kadr potensialının gücləndirilməsi və institutun elmi işçilərinin tədris prosesinə cəlb olunmasıdır.