Coğrafiya fakültəsində növbəti ustad dərsi keçirilib

Coğrafiya fakültəsindən məzun olmuş, hal-hazırda isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımovun “Startap qurmaq və inkişaf etdirmək” mövzusunda növbəti Ustad dərsi keçirilib. Məruzəçi ilk anlardan tələbələrin diqqətini özünə yönəldərək bildirib ki, Startaplar yalnız İT sektoruna aid deyil, istənilən sahədə yeni ideyaları əks etdirən təşəbbüslər şəklində yaradıla bilər.
Ustad dərsi daha çox interaktiv və diskussiya şəklində aparılıb, tələbələr açıq şəkildə öz fikirlərini bildiriblər. Diskussiyalarda müəllimlər də iştirak ediblər.
İsa Qasımov müxtəlif slaydlar nümayiş etdirərək tələbələrin fikirlərini standart çərçivədən çıxarıb, qeyri-standart fikirlər söyləmək və bu proseslərdə öz biliklərindən müxtəlif istiqamətlərdə istifadə etmək bacarıqlarının formalaşdırılmasına dair təlim keçib.
Ustad dərsi bütövlükdə çox böyük maraqla qarşılanıb.