Erasmus+ mübadilə proqramı çərçivəsində Berlin Texniki Universiteti ilə birgə «Sahilyanı ərazilərdə İqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması» adlı layihə təsdiq olunmuşdur və icrası gözlənilir. BDU Enactus komandası 14 universitetin qatıldığı Azərbaycan Respublikası Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə baş tutan Enactus Azərbaycan Milli yarışının qalibi olmuşdur.Həştərxan Dövlət Universiteti Atırau Neft və qaz universiteti , Kiyev Milli Universitetinin coğrafiya fakültəsi ilə əməkdaşlıq haqda ilkin razılaşma, Poznan Universitetinin “İqtisadi və sosial coğrafiya İnstitutu” ilə, Egey Universitetinin “Beynəlxalq əlaqələr” fakültəsi ilə əməkdaşlığı davam etdirilir.
1.Beynəlxalq Su Resursları Assosiasiyasının Direktorlar Şurasının , BMT-nin “Su ehtiyatları və iqlim dəyişmələri – 2020” adlı hesabatının onlayn təqdimatı (Seminar, UNESCO-nun Regional Bürosu, Almatı, 9 iyun, 2020)
2.Türkdilli Ölkələrin Parlament Assambleyasının Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının təşəbbüsü ilə videokonfrans formatında “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi”nə dair seminar (15 iyun, 2020)
3. Dünya Su Şurasının İdarə Heyyətinin 72-ci iclası (17 iyun, 2020)
4. Beynəlxalq treninq- BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fondun “Sərhədlərarası razılaşdırılmış fəaliyyətlərin və dövlət planlarının icrası vasitəsi ilə Kür çayı hövzəsi boyunca Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsinin inkişaf etdirilməsi” Layihəsinin təşəbbüsü ilə Tbilisi Dövlət Universiteti və Bakı Dövlət Universitetində Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi ixtisaslaşması üzrə təhsil alan magistrantlar üçün “Kür çayı hövzəsində iqlim dəyişikliyi ilə bağlı su ehtiyatlarının kəmiyyət qiymətləndirilməsi və proqnozu” mövzusunda treninq keçirilmişdir (18 may, 2020, saat 11:00 – 14:40).
5. Azərbaycan Respublikası Bakı Dövlət Universiteti ilə İran İslam Respublikasının Gilan Universiteti arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi və həmçinin Xəzər dənizinin problemləri ilə bağlı innovativ proqramların qəbul olunması və həyata keçirilməsində birgə fəaliyyət göstərmək – dosent İmran Abdullayev
6. Misir Ərəb Respublikası üçün prof.M.H. Qocamanovun rəhbərliyi ilə 2 nəfər PhD fəlsəfə doktoru hazırlanmışdır (Qəhirə universitetindən Abdul Rəhman, Süveyş kanalı universitetindən Əhməd Ərafat).
7.Hindistanın Mysore Universitetindən Rajendra Prasalın PhD dissertasiyasına prof.M.H. Qocamanov opponentlik etmişdir.
8.Avropanın Tempus təhsil proqramı çərçivəsində geodeziya və geoinformatika üzrə beynəlxalq ekspert (Bişkek Memarlıq və İnşaat Universiteti, Aqrar Universiteti, Qırğızıstan).
9.Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti (genişmiqyaslı elmi-pedaqoji əməkdaşlıq, konfrans, simpoziunların təşkilatçı və iştirakçısı, rəy, opponentlik, birgə elmi məqalələrin yazılması və s.).
10.Tyumen Dövlət Universiteti(BDU ilə əməkdaşlıq protokolu).
11.Daşkənd İrriqasiya və Meliorasiya Universiteti(BDU ilə əməkdaşlıq protokolu).
12.Elmi əməkdaşlıqlar: -Novosibirsk Geosistem və Texnologiya universiteti; Lvov Politexnik Universiteti; Minsk Texniki Universiteti.
13. Wroslav Universiteti (Poland).. Ryeston Universiteti (Canada)., Melburn University(Australia)., Tbilisi Texniki Universitati .Almaniya, Hollandiya, Avstraliya, Rusiya, Türkiyə alimləri, Risk (Azərbaycan), BP (İngiltərə), SOCAR (Azərbaycan) və s. sirkətlərin mütəxəssisləri ilə birgə elmi-praktiki əməkdaşlıq edirlər.