“Narkomaniyanın profilaktikası və zərərləri” mövzusunda tədbir

Coğrafiya fakültəsində Coğrafiya fakültəsi və Bakı Dövlət Universiteti (BDU) Poliklinikasının birgə təşkilatçılığı ilə “Narkomaniyanın profilaktikası və zərərləri” mövzusunda tədbir keçirilib.Tədbiri açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov narkomaniyanın cəmiyyətdə yaratdığı problemlərdən Azərbaycanda dövlətin narkamaniyaya qarşı apardığı mübarizə tədbirlərindən danışıb. Sonra BDU poliklinikasının baş həkimi Sevinc Höccətova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsininə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət proqramı” haqqında tələbələrə məlumat verərək,həmin Proqramdan irəli gələn tələblır çərçivəsində tələbələr arasında profilaktik və maarifləndirici iş aparmaq qərarına gəldiklərini bildirib. Əsas məruzəçi, həkim-teropevt Fəridə Alıyeva slaydlarla tələbələrə narkotiklərin insanın orqanlarını, xüsusən də beynini, ürəyini, ciyərlərini necə məhv etdyini nümayiş etdirib və tələbələrin çoxsaylı suallarını cavablandırıb.