Klub haqqında məlumat
XX əsrin sonlarında meydana gəlmiş Davamlı inkişaf konsepsiyası qısa zaman ərzində nəinki çoxsaylı tərəfdaşlar toplamış, həmçinin tətbiqi istiqamətdə də xeyli uğurlar qazanmışdır. Formal baxımdan öz əhatəsinə görə iqtisadi, ekoloji və sosial sahələrdən ibarət olan bu konsepsiyanın əsas məqsədi inkişafın dəstəklənməsi, onun davamlı olmasını təmin etməkdən ibarətdir. Azərbaycan BMT tərəfindən təsdiqlənmiş 2015 - 2030 - cu illər üçün Davamlı inkişaf məqsədlərinə qoşulmuşdur.
Bu gün artiq Bakı Dövlət Univeristetinde fəaliyyət göstərən "Davamlı İnkişaf Klubu (DİK)" yeni işlərə imza atmaqa davam edir və siz tələbələri klubumuza dəvət edirik.
Kluba üzv olanlar ne əldə edəcək.
- Müxtəlif tədbirlər və layihələrdə iştirak.
- Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün öz töhfələrini vermək.
- Sertifikatlar.
- İdarəetmə sahəsində xüsusi təcrübə.
- Komanda ilə işləmək bacarığı.
- Müəyyən lahiyələrlə bağlı gəzintilər.
- Dövlət tədbirləri.
Kluba lazım olan bilik və bacarığlara.
- Təhsil araşdırma qabiliyyəti.
- Tətbiq etmə bacarıqlarına malik olmaq.
- Təşəbbüskar olmaq.
- İdarəçilik və Təşkilatçılıq bacarığı
- Düşüncə bacarığı
- Təqdimatını etmə bacarığı
- Ünsiyyət bacarığı.