”Sahibkarlığın aqrar sektorunda investisiya siyasəti və onun regional fərqləri” mövzüsunda elmi seminar
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “İqtisadi və sosial coğrafiya” kafedrasının müəllimi Nuranə Vahid qızı Əliyevanın ”Sahibkarlığın aqrar sektorunda investisiya siyasəti və onun regional fərqləri” mövzüsunda elmi seminarı təşkil olunmuşdur.
Seminarı açılış söz ilə başlayan fakültənin dekanı, dosent Şəkər Məmmədova bütün iştirakçıları salamlamış, elmi seminara təqdim olunan “Sahibkarlığın aqrar sektorunda investisiya siyasəti və onun regional fərqləri” mövzusunu təqdim etmiş və məruzəçinin yüksək səviyyədə elmi hazırlığının olduğunu qeyd etmişdir. Həmçinin məruzəçinin təhsil müddətində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bakalavr və magistratura pillələrini fərqlənmə diploma ilə bitirdiyini vurğulamış,”Azərbaycan coğrafiyası üzrə Ali məktəblər üzrə XI və XIII Fənn Olimpiadasının” qalibi olduğunu qeyd etmişdir.
Daha sonra söz məzurəçiyə verilmişdir, Məruzəçi çıxışına Aqrar sektorda sahibkarlığın inkişafının əhəmiyyətindən, inkişaf etməkdə olan, o cümlədən də zəif inkişaf etmiş ölkələr kənd təsərrüfatı və ərzaq məhsullarına təlabatın ödənilməsinin vacibliyi, qida təhlükəsizliyinin təmini qlobal çağırışın reallaşdırılması üçün kənd təsərrüfatına investisiya qoyuluşunun həcmini artırmalısının əhəmiyyətindən danışaraq başlamışdır.Daha sonra İnvestisiya siyasətində mövcud olan problemlər, regional fərqlər, çatışmazlıqları, onların həlli istiqamətində təkliflər irəli sürmüşdür.
Aqrar sektorda innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının maliyyə savadlılığını artırılmasının, Aqrar siğortanın inkişaf etdirilməsi,siğorta hadisələri reyestrinin hazırlanması,siğorta savadlılığını artırılmasının vacibliyini qeyd etmişdir.Torpaq və sudan səmərəli istifadə üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyətini göstərmişdir.İnvestisiyaların daha çox aqrokimyəvi laboratoriyaların, toxum və gübrə istehsalı istiqamətlərinə yönəldilməsinin məsuldarlığın artımına səbəb olacağını bildirmişdir.Xarici investorların cəlb olunması üçün investisiya xəritələrinin yaradılması, aqrar məhsulların beynəlxalq miqyasda təbliğinin əhəmiyyətini vurğulamışdır.
Sonda məruzəçi professor Yaqub Qəribov, professor Çingiz İsmayılov, dosent Şəkər Məmmədova, dosent Saleh Nağıyev, professor Məqsəd Qocamanov, dosent Həbibə Soltnova və başqalarının sullarını cavablandırmış, alimlər məruzəçiyə məsləhətlərini vermişlər.