Respublika Elmi Konfransı
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının iqtisadi rayonlarında davamlı inkişafın coğrafi problemləri" mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Konfrans, Azərbaycan Respublikasının Dövlət Himininin səslənməsi və Vətən müharibəsi şəhidlərinin , eləcədə 31 mart Azərbaycanların soyqırımı zamanı hələk olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dosent Əfqan Talıbov konfransın əhəmiyyətindən bəhs edərək, təqdim edilən mövzuların aktuallığına toxunub.
Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova çıxış edərək, iqtisadi rayonların coğrafi tədqiqatının önəminə diqqət çəkib, bu istiqamətdə tələbələrin elmi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Daha sonra Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və fakültə Tələbə Elmi Cəmiyyətinin sədri İmran Bayramov TEC-in yeni layihələri, konfrans materialları və "Ekvatordan Qütblərə" jurnalı barədə çıxış edib.
Konfransın plenar iclasında professor M.H.Qocamanov, dosent H.B.Soltanova və dosent S.Q.Nağıyev çıxış edərək iqtisadi rayonlarda müxtəlif sahələrin inkişafına diqqəti çəkərək, tələbələrin elmi-tətqiqat işlərinə cəlb olunmasının əhəmiyyətini vurğuladılar.
Tələbə və magistrantların məruzələridən Coğrafiya fakültəsinin II kurs magistrantı Ş.V.Cabbarova "Qarabağın turizm sahəsində əhəmiyyətli rolu" məruzəsi ilə çıxış etdi. O, regionda turizmin inkişafına təsir edən amillər, müxtəlif turizm növlərinin inkişafı və turizm marşrutlarının təşkilindən bəhs etmişdir. O, Respublikamızda, xüsusi ilə işğaldan azad olunmuş ərazilərdə turizm klasterləri və dəhlizlərinin yaradılmasının əhəmiyyəti vurğulanmışdır..
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi Ə.V.Məmmədzadə "İnsanların Yer kürəsində qeyri-bərabər paylanması və məskunlaşmaya təsir göstərən əsas amillər" mövzunda məruzə ilə çıxış edib. O, şəhər və kənd məskunlaşması, əhalinin inkişaf dinamikası, şəhərlərin iqtisadi-coğrafi funksiyası və tipoloji təsnifatı, urbanizasiya prosesi və aqlomerasiyalar barədə konfrans iştirakçılarını məlumatlandırdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs tələbəsi F.Ş.Fərzəliyeva "Azərbaycan Respublikasının iqtisadi siyasəti" məruzəsi ilə çıxış edib və Respublikamızın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi iqtisadi inkişaf yolu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid barədə iştirakçıları məlumatlandırıb. O həmçinin, Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə baş verən iqtisadi islahatlar və yeni iqtisadi rayonların gələcək inkişaf imkanlarından bəhs edərək Respublikamızda davamlı inkişafın təmin olunmasında mövcud imkanları qiymətləndirib.
Növbəti məruzəçi isə Coğrafiya fakültəsinin III kurs tələbəsi N.N.Hüseynli "Qarabağda su ehtiyyatlarının davamlı inkişafı" məruzəsi ilə çıxış edib. O, regionun su ehtiyyatlarının xüsusiyyətləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mühüm su obyektlərinin təhlilini apararaq hidroloji potensialı barədə geniş məlumat təqdim etmişdir.
Plenar məruzələrin ardınca konfrans öz işini bölmələr üzrə davam etdirib.