“Erməni cəmiyyətinin geosiyasi fikirlərinə təsir edən amillər” mövzusunda məruzə
Seminarı Fakültə Elmi Şurasının Elmi katibi İmran Abdullayev açaraq sözü Aydın İbrahimova verdi.
Daha sonra Aydın İbrahimov erməni cəmiyyətinin uzun illər boyunca məlum bir hadisələrdən sonra (1915-ci il) öz siyasi hərəkatlarındə bəlli təlimlərin təsiri altında qaldığını qeyd edərək seminar mövzusunun açılışını etdi. Elmdə bu siyasi təsirə “şok effekti” deyilir. Həmçinin A.İbrahimov qeyd etdi ki, ermənilər illər keçməsinə baxmayaraq bu təsirin altından çıxa bilməmişlər. 1990-ci illərin əvvəlində Keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində yaşanan separatçı hərəkatlar və Xocalı Soyqırımı buna açıq sübutdur.
Daha sonra məruzəçi onu da vurğuladı ki, erməni siyasi düşüncəsi 3 ana blokdan təşkil olunur. Bunlara 1-ci Ermənistanda yaşayan ermənilər, 2-ci Qarabağda yaşayan ermənilər və 3-cü blok isə Erməni diasporası aiddir. Bu 3 blokdan ermənilərə yönələn təsir istiqamətləri öz nəticəsini müasir dövrümüzdə də göstərməkdədir. Ümumiyyətlə erməni idealogiyasının əsas təməllərindən birisi türklərə və azərbaycanlılara qarşı kin və nifrət təşkil edir. İkinci isə Azərbaycan və Ermənistana qarşı digər xarici gücləri də cəlb etməkdir. Bunu Qaregin Njde (Qareqin Ter-Arutyunyan) və Natali Şahanın (Haqop der Haqobyan) təlimlərindən də görmək olduğunu Aydın müəllim bildirmişdi. Aydın İbrahimova görə ermənilərin bu cür siyasi davranışlarını və onun əsasında ortaya çıxan geosiyası baxışlarını Azərbaycan elm adamları dərindən araşdırmalıdırlar.
Sonda A.İbrahimov qeyd etdi ki, biz alimlər Cənab Prezident İlham Əliyevin həyata keçirilən siyasətinin davamını təşkil edərək ermənilərin psixoloji baxımdan sağlam olmayan düşüncələrini və fikirlərini uğurla dünya ictimaiyyətinə çatdırmalıyıq.