Coğrafiya fakültəsinin professoru Geosiyasətə həsr olunmuş Beynəlxalq konfransda iştirak edib
Rusiyanın Sankt Peterburq Dövlət Universitetində “Rusiyada siyasi coğrafiya və geosiyasət” mövzusunda beynalxalq konfrans keçirilmişdir. Əyani-onlayn formatında keçirilən konfransda Böyük Britaniya, Türkiyə, Macarıstan, Bosniya Hersoqovina,Ukrayna,Qazaxstan və digər xarici ölkələrin alimləri iştirak etmişlər. Azərbaycanı konfransda BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov təmsil etmişdir.
Konfransın “Avrasiyanın geosiyasi və siyasi-coğrafi problematikası” adlı bölməsində, prof.Çingiz İsmayılov “Azərbaycanın ərazi bütövlüyünun bərpa edilməsi və regionun geosiyasi mövqeynin dəyişməsi” mövzusunda çıxış etmişdir. O, öz çıxışında, ardıcıl şəkildə, erməni separatçılarının və onların himayədarlarının səyləri nəticəsində əzəli torpağlarımızın Ermənistan tərəfindən işğalının qısa tarixi ekskursunu verərək, keçmiş işğal dövrü ərzində Azərbaycanın münaqişənin sülh yollu ilə həll edilməsi səylərinə dair çox saylı dəliləri göstərmişdir. Bununla yanaşı, ermənilərin regiondakı vəziyyətlə bağlı dünyaya dezinformasiyaların yayması, Rusiya tərəfindən Ermənistanın hərbi təchizatı, Minsk qrupunun faydasız fəaliyyəti, işğal altında qalmış ərazilərdə ermənilərin dağıdıcı işlərinə beynəlxalq təşkilatların biqanəliyi haqqında məruzədə əsaslı faktlar və dəlillər təqdim edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə ermənilərin vəhşilikləri dağıdılmış mədəni və dini abidələrimizin, məzərlarımızın, kəndlərimiz və şəhərlərimizin, talan edilmiş təbii sərvətlərimiz və məhv edimiş meşələrimizin vəziyyətində öz əksini tapmışdır.Bütün bunlar ermənilərin xalqımıza qarşı nə dərəcədə nifrət hissləri ilə yaşadıqlarını təsdiq etmişdir.
Professor Çingiz İsmayılov öz çıxışında, dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılmasına dair yeridilən strategiyadan danışmışdır. İlkin mərhələdə torpaqlarımızın minalardan təmizləmək işlərinin aparılması ilə yanaşı, infrastruk şəbəkəsi yaradılmaqdadır. Ölkəmizin mədəni mərkəzi sayılan Şuşa şəhərinə artıq yeni avtomobil yolu salınmışdır, Fizulidə yeni beynəlxalq hava limanı inşa edilir, bölgəyə elektrik xəttlələri çəkilir.
Məruzənin sonunda qeyd olunmuşdur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması regionun geosiyasi mövqeyinin dəyişməsinə səbəb olmuşdur. Qarabağda sülməramlı qüvvələrin və birgə Türkiyə-Rusiya monitorinq mərkəzinin olması münaqişənin bir daha yaranmasının risklərinin minimuma endirir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin mühafizəsi üçün bu ərazilərdə Azərbaycanın hərbi hissələrinin yerləşdirilməsi, vətəndaşlarımızın öz ata-baba torpaqlarının qayıdışında əsas qarant olacaqdır.
Konfrans iştiraçıların verdiyi suallara mrruzəci tutarlı cavablandırmışdır. Suallardan biri xüsusi diqqəti cəlb etmişdir. Rusiyalı alimin sualında, “İsgəndər” taktiki raketlərin Azərbaycan ərazisinə necə keçdiyinə şübhə ilə yanaşdığını bildirmişdir. Professor Çingiz İsmayılov etiraf etdi ki, məhz Rusiya mətbuatında raketlərin Rostovda yerləşən Cənub Hərbi dairəsindən qeyri-qanuni, beynəlxalq sazişlərə zidd olaraq, ötürülməsi faktları verilmişdir. Ümüd edək ki, gələcəkdə belə hadisələr bölgədə baş verməyəcək və bölgədə stabiliyin təmin olunmsı üçün hər bir ölkə öz səylərini dağıdıcı yox, qurucu işlərənə yönəldəcək. Yalnız belə halda, regionda sülh bərqərar olacaq və ölkələr davamlı inkşaf imkanlarını əldə edəcək.