Coğrafiya fakültəsinin professoru “Dəniz məkanlarının beynalxalq –hüquqi rejimi: ölkələrin hüquqları, öhdəlikləri və məhsüliyyəti” mövzusunda beynəlxalq konfransında iştirak edib
Rusiyanın Hüquq İnstitutunun “Dəniz hüquqi” kafedrası və Beynəlxalq Dəniz Hüquqi Assosiyasıiyasının təşkilatçılığı ilə “Dəniz məkanlarının beynalxalq –hüquqi rejimi: ölkələrin hüquqları, öhdəlikləri və məhsüliyyəti” mövzusunda beynəlxalq konfransı keçirilmişdir.
Konfransın plenar iclasında BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov “Xəzəryanı regionunun yeni geosiyasi mövqeyinin dəyişməsi və iqtisadi əməkdaşlığın inkişafında yeni imkanlar” mövzusunda çıxış etmişdir. Məruzədə əsas diqqət, Qafqaz regionunda və onu əhatə edən bölgələrdə baş verən geosiyasi proseslərin gedişi nəticəsində Xəzəryanı regionun mövqeyinin dəyişməsinə verilmişdir. Azərbaycanın Vətən müharibəsi nəticəsində və erməni işğalından azad edilmiş rayonlarında quruculuq işlərinin aparılması regionun investisiya cəlbediciliyinin artmasına səbəb olmuş və beynəlxalq iqtisadi əməkdaşlığında yeni imkanlar yaratmışdır. Bununla yanaşı, Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin tərəfindən 2018-ci ildə yekun Konvesiyasının qəbul olunması, regionda təbii ehtiyatların mənimsənilməsinə və bəliyyat dəhlizlərinin istifadəsi üçün əlverişli şərait yaratmışdır.
Professor Çingiz İsmayılov öz çıxışında xüsusi olaraq, Azərbaycanın qonşu ölkələrlə bütün sahələrdə iqtisadi əlaqələrin inkişaf etdiriməsində maraqlı olduğunu bildirdi. Bu baxımdan, Cənub qaz dəhlizinin Tap hissəsinin istifadəyə verilməsi, eyni zamanda Rusiya şirkətlərinin bu layihəyəy qoşulması imkanları haqda danışdı. O qeyd etdi ki, Rusiya və İrana qarşı edilən beynəlxalq sanksiyalara baxmayaraq, Azərbaycan qonşu ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsini nəzərdən keçirir.
Onlayn şəkildə keçirilən konfransda Rusiya alimləri ilə yanaşı, İngiltərə, İtaliya, Mərakəş və Suriya alimləri iştirak etmişlər.