Coğrafiya fakültəsində növbəti elmi-seminar keçirilmişdir
Coğrafiya fakültəsində "Xəzər dənizinin Azərbaycan sektorunda ikiölçülü (2D) və üçölçülü (3D) dəniz axtarış-kəşfiyyat işlərinin geodezik təminatının aparılma xüsusiyyətləri” mövzusunda professor-müəllim heyətinin iştiraki ilə elmi-seminar keçirilmişdir.
Seminarı Fakültə Elmi Şurasının Elmi katibi İmran Abdullayev açıq elan edərək sözü Əhməd Həsənova verdi.
Ə.Həsənov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində təsərrüfatın bütün sahələrində, istər ölkədaxili, istərsə də ölkəxaricində çoxsaylı, möhtəşəm layihələrə imza atilmışdır. Ən uğurlu layihələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus iqtisadi maraq zonasında enerji mənbələrinin, ən başlıcası isə neft-qaz və karbohidrogen ehtiyatlarının yerinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və sənayeləşdirilməsi işlərindən ibarətdir. AR-nin iqtisadi maraq zonasında adı qeyd olunan layihələr üzrə işlərin coğrafiyası genişləndikcə, bu hədəflərdə istifadə olunan geodeziya cihaz-avadanlıq dəstlərinə və onlara qoyulan dəqiqlik tələbləri də durmadan artir. Məruzəçi bildirdi ki, Xəzər dənizinin Azərbaycana aid iqtisadi sektorunun mükəmməl öyrənilməsində tədqiqat (axtariş-kəşfiyyat), mühəndisi və istehlak sahələrinə yönəldilmiş investisiya siyasətinin vacibliyi, Azərbaycan Xalqının rifahının artırılması məqsədi ilə akvatoriyanın geologiyası və faydalı qazıntı (mineral) ehtiyatlarının dəqiqləşdirilməsi, ərzaq və qida təminatı ilə əlaqədar hövzənin bioloji strukturunun öyrənilməsi, sektorda dəniz və atmosferin qarşılıqlı təsirinin araşdırılması məsələləri üzrə çox böyük əhəmiyyətə malikdir. Bu məqsədlə Xəzər hövzəsində geologiya və faydalı qazıntı ehtiyatlarının mükəmməl öyrənilməsi məsələlərinin stimullaşdırılması, müasir İnteqral naviqasiya sistemi texnologiyalarının tətbiqinın təkmilləşdirilməsinə nail olmaq, vahid elektron baza sisteminin yaradılması, dənizdibi və üzən seysmik hörüklərlə geodezik təminat dəstəyinin göstərilməsi işlərinin bütün Xəzər dənizi hövzəsinə inteqrasiyasını təklif etdi.