Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Qəhrəmanlıqdan Zəfərə” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Qəhrəmanlıqdan Zəfərə” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlıqdan Zəfərə” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov 27 Sentyabr – Anım Gününün xalqımızın tarixində və mənəvi yaddaşında mühüm yer tutduğunu qeyd edib. O, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərin şücaətindən bəhs edərək, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik ruhunun qorunmasının vacibliyini vurğulayıb.
Daha sonra Fiziki coğrafiya kafedrasının müəllimi Aygün İsmayılova çıxış edərək Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və qəhrəmanlıq nümunələrindən danışıb. O, şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində 27 Sentyabr – Anım Gününün tarixi və mənəvi əhəmiyyəti barədə fikirlər səsləndirilib, şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Sonda tədbir iştirakçıları Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.