Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Müasir müəllimliyin liderlik bacarıqları” mövzusunda təlim keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Müasir müəllimliyin liderlik bacarıqları” mövzusunda təlim keçirilib.
Təlimdə çıxış edən Rəna Əsədova müasir müəllimin liderlik keyfiyyətləri, effektiv ünsiyyət, düzgün qərarvermə və təlim prosesinin idarə olunması bacarıqlarının əhəmiyyətindən bəhs edib.
Nəzəri hissədən sonra təlim interaktiv formatda davam etdirilib. Müxtəlif oyunlar və situasiya tapşırıqları vasitəsilə tələbələr müəllim rolunda çıxış edərək fərqli vəziyyətlərdə necə davranacaqlarını nümayiş etdirib, öz yanaşmalarını bölüşüblər.
Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə fotosu çəkilib.