BDU “YENİ Klub”unun Coğrafiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 Sütunu” layihəsi çərçivəsində “Zəfərin toponimik izləri” adlı tədbir keçirilib.

BDU “YENİ Klub”unun Coğrafiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 Sütunu” layihəsi çərçivəsində “Zəfərin toponimik izləri” adlı tədbir keçirilib.
Tədbir Qarabağ və Şərqi Zəngəzurun zəngin toponimik irsinə, coğrafi adların mənşəyinə, tarixi və etimoloji xüsusiyyətlərinə həsr olunub.
Tədbir Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin moderatoru BDU “YENİ Klub”unun Coğrafiya fakültəsi üzrə koordinatoru Nuran Bənnayev olub.
Tədbirdə BDU-nun Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov və Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Elxan Nuriyev çıxış ediblər.
Məqsəd Qocamanov açılış nitqində mövzunun aktuallığına toxunaraq Qarabağ və Şərqi Zəngəzurun tarixi-coğrafi irsinin öyrənilməsinin vacibliyini vurğulayıb. O, bölgənin coğrafi adlarının araşdırılmasının tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.
Dosent Elxan Nuriyev “Zəfərin toponimik izləri” mövzusunda geniş məruzə ilə çıxış edərək Qarabağ və Şərqi Zəngəzur ərazisindəki coğrafi adların yaranma tarixi, mənşəyi və etimoloji xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, toponimlərin formalaşmasına təsir göstərən tarixi və coğrafi amillərdən, bu adların xalqın etnik mənsubiyyətini, mədəni irsini və tarixi keçmişini əks etdirməsindən bəhs edib. Həmçinin bölgənin toponimik irsinin qorunmasının tarixi həqiqətlərin yaşadılması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Görüş tələbələrin iştirakı ilə interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın tarixi-coğrafi irsinə marağının artırılması, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətinin aşılanması və Qarabağ həqiqətlərinin elmi müstəvidə təbliği olub.