“Zəfərin kölgəsində” adlı tədbir
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin kölgəsində” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igid övladlarımızın xatirəsini anmaq, tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək və şəhid ailələrinə ehtiramı ifadə etmək olub.
Tədbirdə Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Səbinə İsrafilova öz doğmaları olan iki Qarabağ müharibəsi iştirakçısının xatirələrini bölüşərək tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Daha sonra fakültənin 4-cü kurs tələbəsi Etibar Tərlanov və 3-cü kurs tələbəsi Səkinə Hacıyeva tərəfindən hazırlanmış “Qələbə arzusu” adlı səhnəcik nümayiş etdirilib.
Ardınca tələbə Hüseyn Təhməzzadə Zəfər Gününə həsr etdiyi qəzəli səsləndirib və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda Coğrafiya fakültəsinin tələbələri – Mahirə Tərlanova, Ləman Novruzova, Nurgül Əliyeva, Lamiye Namazova, Gülay Əhmədli, Nailə Əhmədova, Ayla Qəmyəva və Günay Hüseynovanın iştirakı ilə “Zəfər rəqsi” nümayiş etdirilib.
Tədbir iştirakçıları bu kimi tədbirlərin gənclərdə milli ruhun, vətən sevgisinin və qürur hissinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.