Coğrafiya fakültəsində Zəfər gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 8 Noyabr Zəfər gününə həsr olunmuş "Zəfər yolunda" adlı tədbir keçirilib. Tədbir ilk olaraq Dövlət Himninin səsləndirilməsi ,sonra isə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Davamı olaraq, vətən muharibəsinin şəhidlərini yaddaşlarda saxlamaq üçün fakültənin tələbələri kiçik səhnəçik nümayiş etdidilər..
Tədbirdə Coğrafiya fakültəsinin dekan vəzifəsini icra edən Ramiz Əhlimanov Qarabağ müharibəsindən danışaraq, Prezidentimizin yürütdüyü uğurlu siyasətdən söz açdı,Zəfər gününün əhəmiyyətini qeyd edərək, bu zəfəri unutmamağa və unutdurmamağa cağırış etdi. Bu müharibədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin, rolunu qeyd edərək xüsusən Azərbaycan - Türkiyə qardaşlığına diqqətləri cəlb etdi .
Sonra Coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Səadət Zeynalabdılı Qarabağ müharibəsi haqqında daha geniş məlumat verərək xalqımızın ermənilər tərəfindən məruz qaldığı zorakılıqlar haqqında danışıb.
Davamı olaraq Coğrafiya fakültəsinin tələbələri Ayşə Nəbiyeva və Fərhad İslamov vətənpərvərlik mövzusunda şeirlərlə çıxış etdilər və nları tarda tələbə Amil Məmmədov müşaiyət etdi.
Tədbirdə Coğrafiya fakültəsinin tələbələri Eyvazova Səbinə, Ağazadə Nigar, Zeynalova Təbərrik, Hümmətova Elyanə, Qılıncova Zəhra xorda "Azərbaycan" mahnısını səsləndiriblər, III kurs tələbəsi Həsənova Ziba isə "Azərbaycan Oğluyam" mahnısını Amil Məmmədovun müşaiyəti altında ifa etdi. Tədbirin sonunda Coğrafiya fakültəsinin 3-cu kurs tələbəsi Zeynalova Təbərrik şəhid anasının fəryadını əks etdirən səhnəciklə və tələbə Zəki Kərimli "Zəfər Gününə" həsr etdiyi rep parçasını səsləndirməsi ilə başa çatdı.