Zəfər günü ilə bağlı Vətən müharibəsi və qazilərin və iştirakçıları ilə tədbir keçirilmişdir
Tədbiri III kurs tələbəsi Mədinə Quluzadə açıq elan etmiş və Vətən müharibəsi haqqında qısa məlumat vermişdir.Sonra söz Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədovaya verilmişdir. O, çıxış edərək ilk öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi olduğunu bildirmiş, Vətən müharibəsində universitet, fakültə tələbə və məzunlarının rolunu, xalqımızın birliyi və qələbəyə inamının Şanlı Qələbəmizdə əsaslı rol oynadığını diqqətə çatdırmışdır. Şəhid Nurlan Əbilov daxil olmaqla, qazi və müharibə iştirakçıları barədə məlumatlar professor-müəllim və tələbələrə təqdim olunmuşdur.
Təqdimat əsnasında çıxış edən qazilər və müharibə iştirakçılardan Turqut Səmədbəyli, Cavid Aşirov, Mehdi Həşimov, Aslan Quliyev, Sənan Quliyev, Özal Abulbəyli , Vüsal Məsiyev və onun döyüş yoldaşları müharibə dövrünə aid xatirələrini bölüşmüş, gənclərin vətənpərvərlik ruhunda yetişməsinin önəmini vurğulamış, Vətən müharibəsi dövründə xalqımızın birliyindən söz açmışdır. Həbibə Soltanova , Ramiz Əhlimanov çıxış edərək qələbənin əhəmiyyətindən danışaraq , müharibədə iştirak edən hər kəsə dərin minnətdarlığlarını bildirdilər. Tədbirin sonunda qazilər və Vətən müharibəsi iştirakçıları ilə fakültə əməkdaşları xatirə şəkilləri çəkdirdilər