Yaşıl dünya naminə eko-düşərgə
143 №- li tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəyik” şüarı altında “Eko-düşərgə” təşkil olundu. Təşkil olunan “Eko-düşərgə”də şagirdlər təbiətin qorunmasını, ekoloji təmizliyi və iqlim dəyişikliyini nümayiş etdirmək üçün müxtəlif maketlər, əl işləri hazırladı. Təqdimatda ümumilikdə 16 iş qonaqlara təqdim olundu. Şagirdlər ən çox “İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyası”na uyğun olaraq tədqiqat işlərini təqdim etdilər. “Dünyamızı qoruyaq”, “Yaşıl dünya yaradaq”, “Dünya bizim əllərimizdədir”, “Gələcək naminə öyrənək” və s. başlıqlar altında çıxış etdilər.
Tədbirin qonaqları Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Leyla Quliyeva, Bakı Dövlət Universiteti, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, Coğrafiya Elmləri doktoru, professor Çingiz İsmayılov, BDU-nun İqtisadi ve sosial cografiya kafedrasının müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Ələkbərli Emin, 205, 135, 161, 30 №-li tam orta məktəblərin direktorları, müavinlər, 143 №-li tam orta məktəbin müəllim kollektivi, valideyn qrupları, məktəb könüllüləri iştirak etdilər. Məktəbin könüllüləri qonaqları ardıcıl olaraq hazırlanmış təqdimatlara baxmağa müşayiət etdilər.
Tədbirin bədii hissəsində meşələrin, heyvanların qorunması haqqında hazırlanmış səhnəciklər, musiqilər, vətənpərvərlik şeirləri və çıxışlar nümayiş etdirildi. Qonaqlar təbdir haqqında öz fikirlərini bildirdilər, məktəb kollektivini təbrik edərək onları yeniliklərə səslədilər.