Yaponiyada Demorqrafik Dəyişikliklər Miqrasiya Siyasətinin Transformasiyası Faktoru Kimi’ mövzusunda elmi seminar
Coğrafiya fakültəsinin növbəti elmi seminarında “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının magistrantı Fərzəliyeva Elnarə Ehtiram qızı “Yaponiyada Demorqrafik Dəyişikliklər Miqrasiya Siyasətinin Transformasiyası Faktoru Kimi’ mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, Yaponiyada demoqrafik dəyişikliklər, ölkənin miqrasiya və xarici təhsil siyasətinə təsir göstərir. Belə ki, Yaponiya cəmiyyətində daima və vaxtaşırı baş verən sürətli sosial-demoqrafik və iqtisadi dəyişikliklər miqrasiya siyasətində təsirsiz ötüşmür. 21-ci əsrin əvvəllərində Yaponiyada demoqrafik böhran hiss olunmaqdadır. 2024-cü ildə ölkədə təbii azalma 218 minə yaxın olmuşdur. Bu dövrdə Yaponiya əhalisinin sayının davamlı olaraq azalması, aktiv qocalması, informasiya texnologiyalarının geniş yayılması, istehsalın avtomatlaşdırılması və robotlaşdırılması əmək bazarında əlverişsiz mühit dəyişikliklərinə səbəb olub. İşçi qüvvələrinin çatışmazlığı, ölkənin iqtisadi potensialının azalması, əmək qabiliyyətli əhalinin demoqrafik yükünün artması əlverişsiz demoqrafik meyillərə gətirib çıxarır. Yaponiyada təhsil immiqrasiyasının demoqrafik proseslərə təsirinin təhlili göstərir ki, bu proseslər gələcəkdə əhalinin mümkün demoqrafik itkilərinin kompensasiya edilməsi üçün ən məqbul resurslardan biri ola bilər. Ona görə də Xarici immiqrasiya qanunvericiliyində yeniliklər edilib və hüquqi dəstək yaradılıb.
Məruzə ətrafında prof. Çingiz İsmayılov, prof. Aydın İbrahimov, prof. Məqsəd Qocamanov, dos. Nərminə Seyfullayeva, baş müəllim Gülşən Sultanova suallar verdilər və çıxış etdilər. Sonda Elmi seminarın sədri dos. Saleh Nağıyev çıxış edərək magistranta öz tövsiyyələrini çatdırdı.