Xəzər2023: davamlı inkişaf yolları” mövzusunda iclas
Həştərxan Dövlət Universitetində “Xəzər2023: davamlı inkişaf yolları” mövzusunda Xəzəryanı ölkələrin dövlət universitetləri və tədqiqat mərkəzlərinin iclası keçirilib. Görüş həm canlı həmdə onlayn şəkildə həyata keçirilib. Görüşün moderatoru Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov oldu.
Komissiyanın iclasında Bakı Dövlət Universitetinin nümayəndəsi “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, professor Çingiz İsmayılov çıxış edib. Onun məruzəsi Xəzər regionunda yeni çağırışlar şəraitində əməkdaşlığın genişləndirilməsi və imkanların qiymətləndirilməsinə həsr edilmişdir.Dünyada gedən qlobal dəyişikliklərin miqyasını nəzərə alaraq Xəzər regionunda geniş, lakin kifayət qədər reallaşdırılmamış təbii sərvətindən və insan potensialından istifadə etmək vacibdir. Bu kontekstdə azad iqtisadi zonalarda sahibkarlığın inkişafına təkan vermək üçün xüsusi investisiya fondlarının yaradılması məqsədəuyğun olardı.
Görüşün sonunda iştirakçılar gənc alimlərin inkişafı və dəstəklənməsi sahəsində ən yaxşı texnologiyaların qarşılıqlı mübadiləsi, dövlət universitetləri və elm mərkəzlərinin çərçivəsində qarşılıqlı fəaliyyət sisteminin təkmilləşdirilməsi arzularını bildiriblər.