“Ümumdünya qida” gününə həsr olunmuş tədbir
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (BDU TGT) və Davamlı inkişaf klubunun təşkilatçılığı ilə “Ümumdünya qida” gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Coğrafiya fakültəsinin dekan müavini Q.Məmmədov və 010 qrupunun və digər qrupların tələbələri iştirak etmişdir.
İlk öncə tədbiri himn ilə açılış edilmiş. Daha sonra 010 qrupunun tələbəsi Qəhrəman Qəhrəmanov slaydı təqdim etmişdir. 1-ci kurs tələbəsi Qəhrəman Azərbaycan Respublikasının qida istehsal və istehsalakı, BMT-nin qida ilə bağlı təşkilatı FAO (Food and Agriculture Organization) haqqında məlumat vermişdir. Nəzərinizə çatdırım ki Azərbaycan Respublikası kənd-təsərrüfatı güclü inkişaf etmişdir bunu slayd dakı cədvəldə rəqəmlərlə göstərilmişdir. Müəllimlər və tələbələr suallarını demiş və mövzü ətrafında müzakirə etmişdir.
Sonda isə Tələbə Gənclət Təşkilatının və Davamlı inkişaf klubunun təşkilatçılığı ilə Davamlı inkişafın 17 məqsədi haqqında videoçarx təqdim edilmişdir.