Tələbələrimiz Qala Arxeoloji-Etnoqrafik Muzeyində tədris təcrübəsində olub
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin I kurs ingilis bölməsinin tələbələrinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi, c.ü.f.d. Vüqar Dərgahov və müəllim Aidə Əliyevanın rəhbərliyi ilə “Turizm ehtiyatları” fənnindən “Mədəni və etno-mədəni” mövzunun tədirisi məqsədilə Qala Arxeoloji-Etnoqrafik Muzeyinə tədris ekskursiyası təşkil olundu.
Tələbələrə “Turizm ehtiyatları” fənnini tədris edən müəllim Aida Əliyeva qeyd edib ki, Qala Arxeoloji-Etnoqrafik Muzeyi 2008-ci ilə Heydər Əliyev Fondunun dəstəyi ilə Qala kəndində 81 ha ərazidə təşkil olunub. Dünyanın açıq səma altında altında yaradılmış muzeylərindən biri olan Qala Arxeioloji-Etnoqrafik Muzey kompleksinə III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam, yaşayış yeri, karvansaralar, sənətkarlıq nümunələri daxildir. Qoruq ərazisində 218 memarlıq, arxeoloji və digər mədəni irs nümunələri qorunur.
Tədris ekskursiyası zamanı tələbələrə Arxeoloji-Etnoqrafik muzey kompleksi, Qala Qəsri və Muzeyin tərkibində faəliyyət göstərən sirk və onun fəaliyyəti haqqında məlumat verildi. Arxeoloji-Etnoqrafik muzey kompleksində mədəni irsə arxeoloji və tarixi-memarlıq abidələri, yerli əhalinin həyat tərzin əhatə edən maddi və qeyri-maddi mədəniyyət nümunələri izah edildi. Eyni zamanda, muzeydə tacir evi, yaşayış binası, su quyuları, gildən olan qədim su boruları, müxtəlif əl sənəti nümunələri, taxıl üyütmək üçün ənənəvi avadanlıq, xalçaçılıq aləti və yun əyirməsi, ip alınmasının qədim texnoloji üsulları, milli mətbəxti, təsərrüfat sahələri haqqında tələblərə geniş məlumat verildi.
Tədris ekskursiyasının sonunda tələbələrin sualları cavablandırıldı.