“Şuşanın turizm potensialı və istifadə prespektivləri” mövzusunda tədbir
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Şuşanın turizm potensialı və istifadə prespektivləri” mövzusunda tədbir keçirilib.Şuşa şəhəri bir çox mədəni-tarixi abidələrinə görə respublikamızda özünəməxsus yer tutur. Şuşada ümumilikdə 549 qədim bina,1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub.
Tədbirdə əsas məruzəçi turizm sahəsində mütəxəssis Vüqar Dərgahov oldu. O, iştirakçılara Şuşanın maddi və mənəvi irslərindən, onların yaxın zamanda və perspektivdə istifadə imkanlarından danışdı. Şuşa Dövlət Tarixi-Memarlıq Qoruğu UNESCO-nun təcili qorunmaya ehtiyacı olan maddi-mədəni irsin ilkin siyahısına əlavə olunub.
Çıxışdan sonra Coğrafiya fakültəsinin tələbələrin sualları cavablandırıb.