“Su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri və bu təsirə adaptasiya strategiyaları” mövzusunda görüş keçirilib
Bakı Dövlət Universitetin Coğrafiya fakültəsində Hidrometeorologiya ixtisasında oxuyan tələbələr üçün “Su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri və bu təsirə adaptasiya strategiyaları” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev tərəfindən universitetin tələbələrinə su ehtiyatlarının idarə olunması, hidroloji monitorinq şəbəkəsi, Milli Adaptasiya Planı barəsində məlumatlar verilib, müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Maarifləndirici tədbirin keçirilməsində məqsəd tələbələrin iqlim dəyişmələrinin təsirləri və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində ekoloji biliklərini genişləndirməkdir və bu tədbirlər mütəmadi olaraq digər təhsil müəssisələrində də davam etdiriləcək.
Dərsdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.