"Start-up'a giriş" mövzusunda təlim
8 Aprel 2022 10:10

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Start-up'a giriş" mövzusunda təlim baş tutmuşdur.
Təlimi ilk olaraq I kurs tələbəsi Harun Mehdiyev açıq elan etmiş, təlimin mövzusu və gedişi barədə iştirakçıları məlumatlandırmışdır.
Daha sonra sözü" E-box" texnologiya şirkətinin təsisçisi, «Efir TV»-nin rəhbəri, Şəxsi inkişaf və biznes üzrə konsultant, NLP təlimçi, tədqiqatçı alim Şamo Salayevə vermişdir. Ş.Salayev təlim iştirakçıları ilə şəxsi inkişaf və start-up mövzusunda fikir mübadiləsi aparmışdır. Tədbirin gedişatında start-up baradə şəkillər göstərilmiş, beynəlxalq platformalarda bu məsələyə necə baxıldığı açıqlanmışdır. Daha sonra Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova fakültə tələbələrinin fəaliyyətini yüksək qiymətləndirmiş, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyətinin də böyük əhəmiyyət kəsb etməsini diqqətə çatdırmışdır. Sonda Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Mədinə Quluzadə layihənin təşkili və həyata keçirilməsində dəstək olan universitet, fakültə rəhbərliyinə və iştirak edən hər kəsə təşəkkürünü bildirmişdir.
Son XƏBƏRLƏR
05.12.2025 | 16:10
Coğrafiya fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
27.11.2025 | 14:44
Coğrafiya fakültəsində növbəti ustad dərsi keçirilib
21.11.2025 | 15:00
Coğrafiya fakültəsində Xəzərsahili landşaftların transformasiyasına həsr olunmuş elmi seminar keçirilib
20.11.2025 | 15:00
Coğrafiya fakültəsində dağ-mədən sənayesinin yaratdığı ekoloji problemlər tədqiq olunur
14.11.2025 | 18:15