Şəhid Nurlan Əbilov
Tarixin şərəfli səhifələrindən biri də Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsi oldu. Torpaqlarımızın azadlığı müharibəsində bir çox igidlərimiz öz canını qurban verərək əbədi şəhidlik zirvəsinə qalxdılar. Coğrafiya fakültəsi fəxrlə deyə bilər ki, Şəhid Nurlan Əbilov canını qurban verən igidlərimizdəndir. Nurlan, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini 2020-ci ildə bitirdi və Qarabağ uğrunda müharibə başlayan kimi könüllü cəbhəyə yazıldı. Döyüşlərin birində başından ağır yara aldı və uzun müddət hərbi hospitalda komada oldu. Həkimlər çox çalışdılar Nurlanı həyata qaytarsınlar, lakin bu bizə qismət olmadı.
Nurlan, oktyabrın 16-da 2020-ci ildə başından snayper gülləsi alır və 5 ay koma vəziyyətində xəstəxanalarda həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək olmayıbdır.
Nurlan Əbilov dövlətimiz tərəfindən Füzulinin və Xocavənd uğrunda döyüşlərə görə medalları ilə təltif olunmuşdur.
Coğrafiya fakültəsinin əməkdaşları özlərinə borc bilərək, mütamadi Nurlan Əbilovun qəbrini ziyarət edirlər, daimi onun ailəsi ilə maraqlanırlar, onlara mənəvi və maddi kömək edirlər. 16 oktyabr 2021-ci ildə Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova başda olmaqla bir qrup əməkdaşı Şərəfə kəndində olmuş, Nurlanın qəbrini ziyarət edərək, əklil qoymuş, onun ailəsi ilə görüşmüş, Nurlanın ev müzeyində olmuş və yaxın qohumları ilə görüşmüşlər. Axırda Nurlan Əbilovun oğlu atası haqqında “Şəhid oğluyam” adlı şer söyləmiş və bütün orda olanları kədərləndirmişdir.
ALLAH Nurlana və onu simasında bütün şəhidlərimizə rəhmət eləsin, yaxınlarına kömək olsun.