Şəhid ailəsi ziyarət edilib

Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, kafedra müdüri İradə Əliyeva, dosent Şəkər Məmmədova fakültənin məzunu, şəhid Namiq Cavadovun ailəsini ziyarət ediblər. Namiq Cavadov Xocalı rayonunun Cəmilli kəndində anadan olub.1997- ci illdə BDU-nun Coğrafiya fakültəsinin “Hidrometeologiya” ixtisası üzrə məzunu olub, hərbi xidmətdən leytenant rütbəsində ehtiyata buraxılıb.
Birinci Qarabağ Müharibəsi zamanı Namiq Cavadov könüllü olaraq cəbhəyə yollanmış, İkinci Qarabağ Müharibəsi başlayan anda da ehtiyatda olan zabit kimi Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlərdən sonra yenidən könüllü kimi müharibəyə yollanmış, Laçın rayonun ərazisində Şəhidlik zirvəsinə yüksəlmişdir.
Allah ona rəhmət eləsin.
Namiq Cavadovun ailəsi ilə görüşdə onun uşaqlıq dövrü, məktəb illəri, Xocalı soyqırımı hadisələri xatırlanmış, anası Svetlana xanım bildirib ki, Namiq Qarabağı azad görmək isdəyirdi və bu arzunu həyata keçirtməyə hər an hazır idi. Ona görə də, Vətən müharibəsi başlayanda, o tərəddüt etmədən cəbhəyə yollandı.
Allah bütün şəhidlərə rəhmət eləsin.