Rus Evində dəyirmi masa
14 Mart 2023 00:10
Coğrafiya fakültəsinin «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Aydın İbrahimovun iştirakı ilə Bakıda Rus Evində «Mədəniyyətlərarası dialoq: Türk-Rus Gelibolu qardaşlığı 100 yaşında» mövzusunda dəyirmi masa təşkil olunub. Bakı Dövlət Universitetinin professoru Aydın İbrahimov dəyirmi masada mühazirə ilə çıxış edib.
Mühazirədə professor 1920-ci ildə Rusiya ordusunun hissələrinin Krım limanlarından Gelibolu şəhəri yaxınlığındakı əraziyə köçürülməsi ilə bağlı tarixi faktlardan danışıb. A. İbrahimov Ağ Qvardiyaçıların nizami bölmələrinin Gelibolu yaxınlığında məskunlaşması və 1923-cü ilədək düşərgə salmasından söz açıb. Professor qeyd edib ki, ordu tezliklə Rusiyaya qayıtmaq ümidi ilə öz strukturlarını saxlasa da, onların planları gerçəkləşməmiş və Geliboludan ilk kütləvi gediş yalnız 1921-ci ilin mayında, mühacirlərin əhəmiyyətli bir hissəsinin Serbiya və Bolqarıstana getməsi ilə başlamışdır. Rus ordusunun Geliboluda qalma müddəti 6 may 1923-cü ildə “son Gelibolulu”nun yola düşməsi ilə başa çatmışdır. Aydın İbrahimovun sözlərinə görə, müharibə dövründə həlak olanların xatirəsini əbədiləşdirmək üçün 9 may 1921-ci ildə Geliboluda Böyük Rus qəbiristanlığının mərkəzində abidə ucaldılmışdır. Professor A. İbrahimov bu dövrdə yerli Türk əhali və Rus ordusu arasında yaranmış mehriban mühit, qarşılıqlı dəstək və tolerantlıq nümunələrindən də bəhs edib.
Dəyirmi masa qarşılıqlı müzakirələrlə davam edib. Sonda iştirakçıların sualları cavablandırılıb.
Son XƏBƏRLƏR
20.11.2024 | 19:42
Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilib
07.11.2024 | 19:46
8 noyabr-Zəfər gününə həsr olunmuş "Xarıbülbül qoxulu Zəfər” adlı tədbir
04.11.2024 | 19:50
Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib
17.10.2024 | 09:46
BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
14.10.2024 | 18:38