Regional iqtisadi coğrafiya adlı dərslik işıq üzü görüb
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru Çingiz İsmayılov vMənsurə İsmayılovanın həmmüəllifliyi ilə "Regional iqtisadi coğrafiya" adlı ali məktəblər üçün dərsliyi işıq üzü görüb.
Kitabda dünyanın regional fərqləri iqtisadi coğrafi baxımdan təhlil olunur və regionların inkişaf xüsusiyyətləri açıqlanır. Qitələr və regionlar üzrə sosial və iqtisadi vəziyyətin təsviri ilə yanaşı baş verən dəyişiklərə təsir edən amillər göstərilmişdir.Eyni zamanda, dünyada cərəyan edən qlobal proseslərin regional miqyasda təzahürü və yaranan yeni çağrışların yayılması təhlil edilmişdir. Ölkələrin siyasi quruluşunda və iqtisadi inkişafında olan fərqlər tərtib olunmuş xəritə sxemlərdə öz əksini tapmışdır.
Dərslik iqtisadi coğrafiya, politologiya, regionalşünaslıq, ərazi planlaşdırılması sahəsində çalışan mütəxəssislər,universitet müəllimləri,doktorant və tələbələri üçün faydalı olacaqdır.