Professor Çingiz İsmayılov Beynəlxalq elmi-praktik konfransda çıxış etdi
İyunun 4-də Türkmənistanın paytaxtı Aşqabat şəhərində Türkmənistan Dövlət Memarlik və İnşaat İnstitutunda “Memarliq inşan tərəfindən yaradimiş sənətdir” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransın Plenar iclasında BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov “Bakı şəhərinin davamli inkişafinin təmin edilməsində “yaşıl energetika”nın təbliğinin rolu” mövzusunda (onlayn formatda) məruzə etmişdir. Məruzədə, Bakının inkişafında yaşıl energetikanın tətbiqi və şəhərin plan quruluşunun təkmilləşdirilməsində yaşıl texnologiyaların istifadəsi haqqında məlumat verilmişdir. Eyni zamanda, Bakının yaşıl enerjinin xarici ölkələrə ixracında başlanqıc mərkəzinə çevrilməsi haqında fikir söylənmişdir. Burada məruzəci xüsusi olaraq, Azərbaycanın Qazaxıstan və Özbəkistanla, Rusiya və İranla, Gürcüstan və Türkiyə ilə Enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə əməkdaşlığa dair memorandumların əhəmiyyətini vurğuladı