Polşada iqtisadi-coğrafi tədqiqatlar mövzusunda elmi seminar
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Iqtisadi və sosial coğrafiya kafedrasının dəvəti ilə Polşanın Poznan universitetinin professoru Sezari Modri “Polşada iqtisadi-coğrafi tədqiqatlar” mövzusunda elmi seminar təşkil etmişdir.
Elmi seminarda Sezari Modri “Polşada iqtisadi-coğrafi tədqiqatlar” mövzusunda bağlı təqdimat çıxış edərək Polşada iqtisadi coğrafiya elminin yaranması ilə əlaqədar olaraq Coğrafiya universitetinin yaranması tarixini iştirakçıların nəzərinə slaydlarla çatdırdı. Həmçinin tələbələr və magistrantlarla bağlı Polşada təhsilin müddətini və keyfiyyətini açıqladı. Qəbul qaydalarını, praktikaların keçirilməsi haqqında maraqlı fikirlər söylədi. Polşada coğrafi elminin istiqamətlərini açıqladı. İqtisadi coğrafiya elminin 8 qolu olduğunu da qeyd etdi. Seminarda Poznan universiteti ilə Bakı Dövlət universitetinin gələcək əməkdaşlığının da uğurlu olacağını qeyd edən professor Polşa jurnallarında Azərbaycandan olan alım və müəllimlərin məqalələrini görməyini arzu etdiyini söylədi.
Daha sonra elmi seminar iştirakçıları suallarla məruzəçiyə müraciət etmişdilər.