"Planetimizi Kəşf Et: Film və Əyləncə Günü" adlı tədbir
Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Yer Kürəsi Gününə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində "Planetimizi Kəşf Et: Film və Əyləncə Günü" adlı maraqlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Zəhra Yusubova açıb. O, çıxışında Yer kürəsində baş verən ekoloji və qlobal problemlərə diqqət çəkərək, gəncləri bu sahədə maariflənməyə və fəal olmağa səslədi. Vurğuladı ki, belə tədbirlər tələbələr arasında ekoloji düşüncə tərzinin formalaşması və planetimizin qorunması istiqamətində fəallıqlarının artırılmasına xidmət edir.
Tədbir çərçivəsində müxtəlif əyləncəli oyunlar təşkil edilib, tələbə komandaları arasında yarışlar keçirilib, coğrafiya sahəsində biliklər nümayiş etdirilib. Tədbirin sonunda coğrafiya və ekologiya mövzularına həsr olunmuş film nümayiş etdirilib, tələbələr film barədə öz nəticə və təəssüratlarını bölüşüblər.