Novruz bayramına həsr edilmiş tədbir keçirilib
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş tədbir keçirilib. Tədbirin aparıcısı Mədinə Rüstəmova Azərbaycanda qeyd edilən bayramlar sırasında Novruz bayramının xüsusi yerə malik olmasına diqqət çəkdi. Sonra bayram təbriki üçün söz Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov verildi. O, Novruz bayramının, çərşənbələrin insanların həyat fəaliyyəti ilə, məişəti ilə əlaqədar olaraq meydana çıxdığını anlatdı və qeyd etdi ki, Novruz bayramının yaranışı dini bayramlardan çox əvvəl, təxminən üç min il öncəyə təsadüf edir. Ulu babalarımız əsasən əkinçilik, maldarlıqla məşğul olduqlarından baharın gəlişini, təbiətdə baş verən oyanma və yenilənmə proseslərini böyük təm-təraqla qarşılamışlar. Məqsəd Qocamanov Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bu bayramın bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən, Qarabağda, Şuşada, Xankəndində, Xocalıda qeyd edilməsindən qürurlandığımıza xüsusi diqqət çəkdi.
Sonra bədii hissə tədbirləri keçirildi. "Alma almaya bənzər" filmindən fraqment canlandırılması ilə başladı, Səadət Zeynalabdılı "Tərəkəmə" rəqsi ilə çıxış etdi. Ardınca Novruz Bayramının atributıarından olan Keçəl və Kösa çıxış edərək çərşənbələr haqqında məlumat veriblər, bədii hissə izləyicilərə tapmacalar verilməsi ilə davam edib. Daha sonra Coğrafiya fakültəsinin tələbələri Amil Məmmədov, Zəki Kərimli, Rəvan Əliyev, Varis Əhmədov Azərbaycan folkloruna aid olan Meyxana deyiblər. Ardınca xorda Ziba Həsənova, Təbərrik Zeynalova, Səbinə Allahverdiyeva, Nigar Ağazadə “Ay Lolo” mahnısını ifa ediblər.
Tədbir Yallı rəqsi və oyun havaları ilə yekunlaşdı.