“Nə? Harada? Nə zaman?” adlı intellektual yarış
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması münasibətilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 5 aprel 2025-ci il tarixində “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış baş tutub.
Yarışın əsas məqsədi tələbələr arasında hüquqi maariflənməni təşviq etmək, dövlətçilik və suverenlik anlayışları barədə biliklərini artırmaq, eyni zamanda, onların intellektual bacarıqlarını üzə çıxarmaq və komanda ruhunu gücləndirmək olub. Yarışda universitetin Coğrafiya fakültəsindən olan tələbələrdən ibarət komandalar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Coğrafiya fakültəsinin TGT sədri YusubovaZəhra Faiq qızı Konstitusiya və dövlət suverenliyi anlayışlarının hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bu kimi tədbirlərin tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qalib komandalar təşəkkürnamə ilə təltif olunublar.
Bu kimi tədbirlər gələcəkdə də davam etdirilərək tələbələrin intellektual inkişafına töhfə verməyə davam edəcək.