“Naxçıvan MR-nın təbii abidələrinin geomorfoloji qiymətləndirilməsi” mövzusunda elmi seminar
Tədbiri giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova bildirib ki, bu gün müzakirəyə təqdim olunan mövzu Naxçıvan MR-nın Azərbaycanda turizm sənayesinin inkişafında böyük rolu olduğunu, bu səbəbdən ərazinin ekoloji turizm baxımından öyrənilməsi və tətqiqi əsas məsələlərdən biri olduğunu qeyd etdi.
Elmi seminarda Fiziki coğrafiya kafedrasının keçmiş doktorantı Sadıxova Nigar Əbdül Əziz qızı mövzu ilə bağlı məruzə ilə çıxış edib. Məruzədə Naxçıvan MR təbii abidələrləri haqqında məlumat verildi. Bu baxımdan mövzunun elmi baxıdan aktuallığını , məqsədini, qarşıya qoyulan məsələlər haqqında məlumat verdi. . Naxçıvan Muxtar Respublikasındakı abidələr regionda ekoloji turizmin inkişafında vacib rol oynadığını, orada yerləşən abidələrinin 3 qrupa bölmək- təbii, antropogen və təbii-antropogen olması haqqında ətraflı məlumat verdi. Naxçıvan MR-da mövcud olan bütün abidələrin geomorfoloji cəhətdən qiymətləndirilməsi haqqında məlumatı seminar iştirakçılarının diqqətnə çatdırdı. Xüsusi mühafizə olunan ərazilərlə yanaşı abidələrin təbii şəraitdə qalması üçün yeni geoparkların təşkil olunması təklifi qeyd edildi. Müxtəlif növ təbii abidələrin öyrənilməsi və geomorfoloji qiymətləndirilməsi Naxçıvan MR-da ekoloji turizmin geniş yayılmasına kömək edəcəyi vurğulandı .
Sonra məruzə ətrafında müzakirələr aparıldı və alimlər məruzəçiyə məsləhətlərini verdilər.