Təhsilin sistemində qiymətləndirmə haqqında debat
Bakı Dövlət Universititetinin Coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasının 4- kurs qrupları arasında Coğrafiyanın tədrisi metodikası fənni üzrə “Müasir dövrdə təhsilin sistemində məktəbdaxili qiymətləndirmənin zəruriliyi” mövzusunda ilk dəfə olaraq fənn müəllimi Elvira Hüseynovanın təşəbbüsü ilə debat təşkil olunmuşdur. Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikasının dosenti Nərminə Seyfullayeva debatın açılış çıxışını edərək, bildirdi ki, əsas məqsəd tələbələrin müzakirə etmək və komunikasiya bacarıqlarını artırmaqdır.
İlk olaraq təsdiq komandası müasir dövrdə qiymətləndirmənin zəruriliyini müdafiə edərək bu sahədə beynəlxalq təcrübənin əhəmiyyətini əsaslandırdılar. Sonra isə rəqib komanda üzvləri öz mövqelərini müdafiə edərək , digər komandaya suallar ünvanlandılar. Debatın gedişində əsas məqamlara toxunularaq müzakirələr aparıldı. Müzakirə prossesinin sonunda izləyicilərə öz fikirlərini səsləndirmək üçün söz verildi.
Debat Azərbaycan coğrafiyası və coğrafiyanın tədris metodikası kafedrasının müdiri dosent Saleh Nağıyevin çıxışı ilə yekunlaşdı.
Sonda təsdiq və inkar komandalarının üzvləri Fəxri fərman ilə təltif olundular.