magistratura pilləsinin birinci kursuna qəbul olan tələbələrlə görüş
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində magistratura pilləsinin birinci kursuna qəbul olunmuş tələbələr ilə görüş kecirildi. Coğrafiya fakültəsinə 2023/2024-ci tədris ilində magistratura səviyyəsinə 64 magistrant qəbul olub.
Coğrafiya fakültənin dekanı, professor Məqsəd Qocamanov tədbir iştirakçılarını salamlayaraq Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin magistratura pilləsinə qəbul olan tələbələri təbrik etdi, Bakı Dövlət Universitetinin, Coğrafiya fakültənin strukturu və fəaliyyəti haqqında geniş məlumat verdi. Professor M. Qocamanov magistrantlara tədqiqat işlərinin keyfiyyətinin artırılması ilə bağlı tövsiyələrini verərək tədqiqat və araşdırma bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışdı.
Görüşdə həmçinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri professor Aydın İbrahimov, Azərbaycan coğrafiyası və Coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri dosent Saleh Nağıyev, Hidrometerologiya kafedrasının müdiri dosent İmran Abdullayev, Bakı Dövlət Universitetinin Magistratura şöbəsinin müdiri c.ü.f.d. Səbuhi Talıbov və digər professor-müəllim heyəti iştirak edirdi və tələbələrə magistratura səviyyəsində yeni qaydalar, elmi yanaşmalar, elmi araşdırmalarda müasir qaydaların tətbiq edilməsini tövsiyə etdilər və aparılan tədqiqatlara mütəmadi nəzarətin aparılmasının vacibliyini qeyd etdilər.
Sonda tələbələrin sualları cavablandırıldı.