"Keçmiş Sovet İttifaqında siyasi həyatın təhlili” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilib. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor İbrahimov Aydın İsmayıl oğlu “Keçmiş Sovet İttifaqında siyasi həyatın təhlili” mövzusunda çıxış eləyib. Aydın müəllim keçmiş Sovet İttifaqı dövründə dünyaya gəlib, həm orta məktəb, həm də ali təhsil almış, ömrünün çox hissəsini Sovetlər dövründə keçirmiş, Sovet quruluş sisteminin həm müsbət,həm də mənfi cəhətlərini öz məzmunlu məruzəsində təhlil etdi. O, qeyd etdi ki, nəzəri cəhətdən sosializm sistemini ədalətli qurum hesab edilsə də, faktiki olaraq insanlar bu sistemə hələm hazır deyildilər. Ona görə də bəzi sahələrdə geridəqalmalar, rəqabətin zəif olması və başqa amillər baş verdi ki, nəticədə sosializm quruluşu və Sovet ittifaqı dövləti süquta uğradı.
Çıxışdan sonra məruzə ətrafında polemika keçirildi və məruzəçi bir çox suallara cavab verdi.