"İşğaldan azad olunmuş ərazilərdə təbii ehtiyatlar və onlardan istifadə" mövzusunda seminar
Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərdə təbii ehtiyatlar və onlardan istifadə" mövzusunda seminar keçirilib.
Seminarı Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova açıb. O, TEC-in fakültəmizdə gördüyü uğurlu işlərdən, son illərdə aparılan düzgün maarifləndirmənin tələbələrə böyük fayda verməsindən danışıb.
Daha sonra söz Geodeziya və kartoqrafiya kafedrasının dosenti, TEC-in rəhbəri Əfqan Talıbova verilib. O, Tələbə Elmi Cəmiyyəti haqqında ümumi məlumat verərək bu çətin yolda fakültənin professor-müəllim heyətinin tələbələrə verdiyi dəstəyi yüksək qiymətləndirmiş və onlara öz təşəkkürünü bildirmişdir. O, həmçinin ənənəvi təhsil dövründə tələbələrlə birlikdə apardığı uğurlu işlərin nəticəsi olaraq Kitabların, Elmi Jurnalların çap olunmasını, məqalələrin dərc olunmasını diqqətə çatdırıb.
Daha sonra söz Cografiya fakültəsinin III kurs tələbəsi Fidan Yaqubova İşğaldan azad olunmuş ərazilərin tarixi və coğrafi faktlarını əsaslandıran təqdimatla çıxış etmiş, Qarabağ zonasının təbii sərvətləri haqqında məlumat vermiş, görülən və görüləcək işlər haqqında vacib məsələlərə toxunmuşdur. Ağıllı kənd layihəsi, Yaşıl enerji zonasının təşkili mövzusunda verdiyi məlumatlar seminar iştirakçılarının diqqətini çəkmişdir.
Professor-müəllim heyətindən dosent Həbibə Soltanova, professor Məqsəd Qocamanov, dosent İradə Əliyeva, c.ü.f.d Sahilə Allahverdiyeva, c.ü.f.d Aygün İsmayılova, magistr Sona Qasımlı, doktorant Fərid Osmanov, məzun bakalavr tələbəsi Coşqun Eldarov və digərləri mövzu ilə bağlı suallarını vermiş və bir sıra təkliflər irəli sürmüşlər.
Sonda Əfqan Talıbov tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi, tələbələrə TEC rəhbəri olaraq daima dəstək olacağını, belə tədbirlərin vacibliyini və davamlı olacağını diqqətə çatdırdı.