Hirkan Milli Parkına ekskursiya
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin “Turizm işinin təşkili” ixtisasının ikinci kurs tələbləri Hirkan Milli Parkında olub. Tələblər Hirkan Milli Parkı, Xanbulan və Lerik rayonunda Günəşli şəlaləsində olublar. Səfər zamanı tələblərə Hirkan Milli Parkında son illərdə aparılan elmi – tədqiqat işlərindən, parkın zəngin flora və faunasından, tələbələrə aşılanan təbiət sevgisindən məlumat verilib. Onlara eyni zamanda belə maarifləndirici səfərlərin əhəmiyyətindən danışılıb və bildirilib ki, Hirkan Milli Parkı ekoturizmin inkişafı üçün önəmli rol oynayır və Milli Parkın ərazisinə ekoturistlərin daxil olması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 023/ü nömrəli 16 yanvar 2012-ci il tarixli “Milli Parklarda ekoturizm fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Əmrinə əsasən giriş üçün nəzərdə tutulmuş müvafiq vəsaitin (giriş haqqının) banka ödənilməsini təsdiq edən qəbz və şəxsiyyət vəsiqəsi milli parkların giriş məntəqələrində təqdim edilməsi yolu ilə həyata keçirilir.